Magazin1
Hacı Şahin Əlixanın qalmaqallı filmindən danışdı
"Məlum olduğu kimi, son günlər "Sonuncu şam yeməyi" filmi geniş müzakirələrə səbəb oldu. Bir qrup inanclı insanlar hesab edirlər ki, filmdə xalqımızın inancları gülüş obyektinə çevrilib, digərləri satiranın bir qədər aşırı formasının seçildiyi qənaətindədir. Narazılıqlar da əsasən bundan doğub. Filmin yaradıcıları ilə görüşdük, fikir mübadiləsi apardıq. Düşünürəm ki, yaradıcı insanlarla, açıq düşüncəli gənclərlə ünsiyyət istənilən halda faydalıdır. Bu baxımdan Əlixan Rəcəbov və gənc həmkarı İbrahim Heydərov ilə görüşümüzü ümumiyyətlə, faydalı hesab edirəm. Fikir mübadiləsi zamanı ortaq mövqeyimiz bu oldu ki, xurafatla mübarizə aparmaq lazımdır. Təbii ki, hər kəs öz sahəsinə uyğun bir üslub seçir: kimi elmi, kimi nəsihəti, kimi də yaradıcılığı ilə. Bu işdə düşünürəm, cəmiyyətimizin bütün nümayəndələri bir-birinə dəstək verməlidir".
Publika.az">Publika.az xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) şöbə müdiri, ilahiyyatçı Hacı Şahin Həsənli qeyd edib.
Filmdə bəzi nüansların dinimizə uyğun olmadığını iddia edən izləyicilərə Hacı Şahin Həsənli də öz münasibətini bildirib:
"İnsanımızın mənəvi mövzularda diqqətli və həssas olması da təbii və başadüşüləndir. Həmsöhbətlərim qeyd etdilər ki, tamaşaçı qədər onlar da bu məsələlərə həssas və məsuliyyətli yanaşırlar. Filmin yaradıcı heyəti də bu fikirdədir ki, mənəvi dəyərlər və inanc sürətlə dəyişən dünyada xalqımızın ayaqda qalmasının əsas şərtidir. Onlar mənəvi dəyərlərin istismarı, insan həyatının dəyərsizləşməyi kimi qlobal problemlərin özünəməxsus bədii həllini tapmağa cəhd göstəriblər. Söhbət zamanı onlar kiminsə inancına toxunmağı ağıllarından belə keçirmədiklərini xüsusi vurğuladılar. Onlar əslində inanclı insanların da adını bədnam edən ünsürləri ifşa etməyi hədəflədiklərini bildirdilər.
Mən də müzakirə mövzusu olan məsələlərlə bağlı şəxsi fikir və iradlarımı bildirdim, fikirlərim hörmətlə dinlənildi. Ən mühüm olan budur ki, cəmiyyətimizdə sağlam dialoq mədəniyyəti formalaşmalıdır. İstənilən məsələnin müzakirəsi zamanı əsəbi, aqressiv münasibət yolverilməzdir. Razılaşmadığın insanı linç etmək, şəxsiyyətini hədəfə almaq heç bir məsələnin düzgün həll yolu deyil.
İnşallah, gələcəkdə daha böyük uğurlara imza atacaq, bu kimi anlaşılmazlıqları önləməyə çalışacaqlar.
Çox istərdim ki, elmi və bədii yeniliklər məhz elm və sənət baxımından da müzakirə olunsun. Sağlam tənqid yalnız inkişafa səbəb ola bilər. Azərbaycan gəncliyinin böyük əksəriyyəti müharibədə olduğu kimi, bütün sahələrdə fədakar, mənəviyyatlı və istedadlıdır. Allahdan bütün gənclərimizə uğur arzu edirəm!"
Qeyd edək ki, sözügedən film yutubda 9 gün əvvəl nümayiş olunub və 851 min baxış sayı yığıb.
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ
-
MDB4 Noyabr 23:00Məşhur teleaparıcı 77 yaşında vəfat etdi - FOTO
-
Magazin14 Noyabr 22:24“Aygün xanımla aramızda soyuqluq var idi”




































