Magazin1
Gülüstan Əliyeva: "O fotodan sonra pis rəylər yazdılar"
Oğlum ailə quranda məsləhətli seçim oldu. Artıq gənc oğlan idi, biz oturub söhbət edirdik. Ona dedim ki, bax, bizim ətrafımızda dostlarımız, qohumlarımız var. Üstəlik, atanız tərəfindən bizə daxil olan dostlar var. Təbii ki, onların da ailəsində qız övladı var. Düzdür, mən onu məcbur etmədim ki, bu, belə olmalıdır. Sadəcə, dedim ki, tanımadığım ailənin övladını evimizə gətirmə. Bilirsiniz, övladımı təkbaşıma böyütmüşəm. Bəlkə də atası olsaydı, bu şeyləri deməzdim. Əlbəttə ki, hadisələr başqa cür cərəyan edərdi.
Publika.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva MTV kanalında yayımlanan "Üzə-düz" proqramında deyib.
Müğənni oğlundan və onun xanımından bəhs edib:
"Oğlumun həm atası, həm də anası olaraq ata üzərinə düşən söhbətləri də danışmalıydım. Oğlum da sağ olsun, məsləhətlərimi dinləyib, əməl edib. Ailə elə bir şeydir ki, bir dəfə seçib, bir dəfə ailə qurursan. Orda yanılmaq olmaz. Qayınana kimi lazım olan yerdə sözümü deyirəm, məsləhətlərimi verirəm. Amma gəlinimlə rəfiqəyik. Hətta oturub dərdləşirik. Ailədə həmişə gəlinimin tərəfindəyəm”.
G.Əliyeva ikinci dəfə ailə qurması ilə bağlı yayılan söz-söhbətlərə münasibət bildirib:
"Bir foto paylaşdım, amma o xanım mənim yox, bacımın qızı idi. Nə xoşbəxt olaydım ki, mənim qızım olaydı. 4-5 övladım olsun, mən bunu çox istəyərdim. Bir oğlum var, bunu da hamı bilir. O fotodan sonra çox pis rəylər oxudum. Ay insanlar, axı məsələnin əslini bilirsiniz. Təəssüf ki, o söz-söhbət bizi cəmiyyətdə gözdən salmaq üçün olur. Suallar yarandı ki, guya Gülüstan Əliyeva 2-ci dəfə ailə qurub, ya kimləsə yaşayır. Olmayan şeyləri yazmayın, ayıbdır. Mən də başqa sənət adamları kimi o yazarları məhkəməyə verib, təzminat ala bilərəm. Amma bu şeyləri özümə yaraşdırmıram. Açıqlama isə ona görə vermədim ki, hər kəs həqiqəti bilir, mənimçün gülməli göründü".
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...







.jpg)

.jpg)






















.jpg)
.jpg)

