Magazin1
Məşhur qadınlardan 8 Mart mesajı - FOTO
8 Mart Beynəlxalq qadınlar Günü ilə əlaqədar olaraq bu gün sosial şəbəkələr təbriklərə bürünüb.
Publika.az xəbər verir ki, bir çox məşhurlar, ictimai xadimlər arzularını instaqram üzərindən dilə gətirib.
Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxalı təbrikə məşhur şeirin misraları ilə başlayıb: “Sevgili xanımlar, bir qadın gülərsə, dünya gülər. Bu gün dünyamızın qadınların gülüşünə ehtiyacı var. Savaşları bitirmək, axan qanları dayandırmaq və qadınların göz yaşlarını dayandırmaq üçün! Anaların uşaqları, bacıları, qardaşları, ərləri, qızları, ataları üçün göz yaşı tökmədiyi bi dünya xəyalını qurun. Ancaq o zaman qadın güləcək. 8 Mart Dünya Qadınlar Gününü üzünüzdə bir təbəssümlə təbrik edirəm”!
Tanınmış bəstəkar və şairə Xanım İsmayılqızı isə xanımları öz misraları ilə təbrik edib və “Bu güllər və bu şeir sizin olsun, əziz qadınlar” sözlərini qedy edib:
Salam, qadın, necəsən?
Güzgüdə öz özünə
hər gün baxa bilirsən?
Nəyə var, nəyə yoxsan?
Qadın doğulduğunu
hələ unutmamısan?
Ürəklə yaşatdığın
kimdirsə, hələ sağdır?
Hisslərinin içindən
ayağı yalın keçən,
bütün ömrünü içən,
yatıbdır, ya oyaqdır?
Yenədəmi yuyursan
əllər soyulanadək
arzularını bir-bir?
Yamaya bilirsənmi
xatirəsi sökülən
duyğularını bir-bir?
Dilində bitib qalan
fikirlərin içində
nələri basdırırsan?
Hər günü toya çəkib
nələrə oynayırsan,
Nələri azdırırsan?
Yenədəmi varının
üstünə varlıq qatan
içində yox gizlənir?
Hələdəmi axırı
bilinməyən dünyanın
acında tox gizlənir?
Saçlarının dənini
rənglərə boyayaraq
ağını gizlədirsən?
Gülüşünün altında
gözünlə örtmədiyin
dağını gizlədirsən?
Gözlədiyin yoldumu?
İstədiyin oldumu?
Bilmədiyini bildin?
Sağınla və solunla,
Boşunla və dolunla
Ölmədiyini bildin?
Salam, qadın, necəsən?
Güzgüdə öz üzünə
sığal çəkə bilirsən?
Nəyə var, nəyə yoxsan?
Qadın doğulduğunu
hələ unutmamısan?
Kaş ki, unutmayasan...
Azərbaycan Uşaqlar Birliyinin sədri Kamalə Ağazadə qadınlara güclü və sağlam olmağı arzu edib:
“Qadın səadəti SEVGİDİR!
Qadın xoşbəxtliyi ÖVLADDIR!
Qadının dəyəri DƏYƏRLİLİKDİR!
Qadın gücü HƏMRƏYLİKDİR!
Bayramınız mübarək!”
Tanınmış xəbər aparıcısı Dilarə Səlim qızı ilə fotosunu paylaşıb: “Bütün xanımları, başda anam olmaqla, anaları, bacıları, qızları, əlbəttə rəfiqələri, bütün xanımları təbrik edirəm. Bayramınız mübarək olsun gözəl xanımlar!”
Yeni fotolarını paylaşan Xalq artisti Aygün Kazımova xanımlara ən xoş diləklərini göndərib: “İncə, zərif, amma hər zaman çiyinlərində ən ağır yükləri daşıyan, qəlbləri sevgi ilə döyünən qadınlar - tək bugün yox, hər günümüz bayram olsun! Anaların əllərindən öpürəm, balacaların gözlərindən öpürəm - bütün xanımları təbrik edirəm, bayramımız mübarək olsun!”
Türkiyədə yaşayan müğənni İradə İbrahimova hesab edir ki, xoşbəxtlik bütün qadınların haqqıdır: “İçimdəki gözəli, yaxşını görən, mənə öyrədən, məndən öyrənən, sevinməyimi, məmnuniyyətimi görmək istəyən insanlarla birlikdəyəm. Dörd bir tərəfim o qədər gözəl görən, baxan insanlarla doludur ki… Duam başqaları üçün düşündükləri gözəl şeylərin qatbaqatı onların olsun. Çünki layiqdirlər”.
Space tv-nin məşhur xəbər aparıcısı Nübar Əbil isə xanımları incidən kişilərə ismarış yollayıb: “Qadınlar qulaqları ilə sevir deyirlər, amma qadınların gözləri ilə xoşbəxt olduğunu unudurlar. Gizlətməyə çalışdığı sevinc də kədər də gözlərdə ələ verir özünü. Yetər ki, bir gün deyil hər gün baxmaq üçün qadın gözlərinə, səbəbiniz və sevginiz olsun əziz insanlar… Sizə can veriləndə bir qadının bətnində, ağlayanda bir qadının qucağında, sevəndə bir qadının qəlbindəsiniz. Ona yaxşı davranın! Bayramımız mübarək dəyərli xx xromosomlular”.
Aparıcı Mehin Hümbətova analara can sağlığı və gözəl ömür arzu edib: “Bu gün Beynəlxalq qadınlar günüdür. Anamın simasında bütün xanımları təbrik edirəm. Öz güclü xatakterini, mərdliyini, zəhmətkeşliyini, mehriban və gülərüzlüyünü biz övladlarına da aşıladığına görə sənə sonsuz təşəkkür edirəm. Nə yaxşı ki, sənin qızınam!”
Aktrisa Xəyalə Quliyeva Mustafa Kamal Atatürkün qiymətli fikirlərini paylaşıb: “EY TÜRK QADINI! Sən yerdə sürünməyə deyil, çiyinlər üzərində göylərə yüksəlməyə layiqsən! Qadınlar gününüz mübarək dəyərli xanımlar!”
Aktrisa Uzel Kərimova isə bu il koronavirusdan vəfat edən nənəsi ilə fotosunu paylaşaraq ona ürək sözlərini belə ifadə edib: “Səndən incimişəm. Məni sonsuz "kaşki" içində qoydun. Kaşki bu qədər çox sevməsəydin, kaşki bu qədər böyük sevməyi öyrətməsəydin. Əllərim ovuclarının istisindən aldığı gücə möhtacdır. Ruhum yanır balım, ruhum yanır. Kimsə görmür ama ruhum yanır. Dünyam bu qədər işıqsız qalmamışdı. Ətrin deyirəm balım, ətrin. İnsan ən çox ətir üçün sızlayarmış. Bir dəfə yenidən içimə çəkə bilmək üçün ömrümdən ömür verərdim.
Bu kəliməni məndən eşitsən çox inciyərsən lakin əlimdə deyil "dünya yaşanılmaz bir yer olub". Çoxu anlamır, ama bu mənə maraglı deyil. Hisslərimi dəyişmir insanların kəlimələri, dəyişə bilmir. O od düşdü qəlbimin ortasına, hər gün daha çox alovlanır. Ən böyük ağrılar səssiz yaşanır. Balım, bilirəm yanımdasan. Bilməyim yetmir artıq, görməyim də lazımdır.. bir gün səni yenidən görəcəyim ümidi ilə.. Bayramın mübarək.. səni çox sevirəm Mələyim...”
Müğənni Günay İbrahimli tarixdə iz qoyan xanımları nümunə çəkib: “Dünyada ən birinci xanım Həvva, ən gözəl xanım Kleopatra, ən ağılıı xanım Corc Sand, ən mübariz xanım Janna Dark olub. Siz bunları bilməmiş deyilsiniz, əziz xanımlar! İndi yazdıqlarımı unudun, hesab edin ki, heç nə bilmirsiniz. Ona görə ki, mənim üçün ən gözəl xanım, ən ağılı xanım, ən mübariz xanım elə bu sətirləri oxuyan xanımdır, yəni siz özünüzsünüz. Azərbaycan qadını dünyanın ən ülvi qadınıdır. Bu gün bizim haqqımızda deyilən ən parlaq, ən uğurlu ifadələr belə çəkdiyimiz əməyi-əziyyəti dəqiq xarakterizə etmək qüdrətində deyil.
Odur ki, sizin hər birinizə bu dünyanı gözəlləşdirdiyiniz, bu həyatı mənalandırdığınız, üçün səmimi qəlbdən təşəkkür edir, qəlbinizə, könlünüzə görə gözəl bir ömür yaşamağı uca Allahdan arzu edirəm edirəm! Bayramınız mübarək əziz xanımlar!”
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO