Magazin1
Elnarədən İSMARIŞ: "Artıq sağollaşmaq və halallaşmaq vaxtıdır"
"Kifayət qədər ömür sürmüş biri kimi deyə bilərəm ki, həyatımız adətən müxtəlif mərhələlərdən ibarət olur. Və əlbəttə ki, bu zaman kəsiklərində həyatımıza girən və çıxan insanlar olur. Tale özü bir şəkildə onların uyğun zamanda giriş və çıxışlarını təmin edir. Heç vaxt heç nə üçün heyifslənməyin".
Publika.az xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova sosial şəbəkədə yazıb.
İzləyiciləri ilə səmimi söhbət edən sənətçi qeyd edib ki, baş verənləri qəbullanmaq və bizi incidənləri vaxtında uzaqlaşdırmaq həyatı daha çox asanlaşdırır: "Vacib olan o insanların bizim həyatımızdakı roludur, əlbət. Bilin ki, heç nə əbəs yerə deyil. Vacib olan həyatımızdakı hər bir məqamı düzgün dəyərləndirməkdir. Necə ki, geyindiyimiz ayaqqabı ayağımızda rahat olmasını tələb edir, elə də həyatımızdakı insanlar bizə rahatlıq və fərahlıq gətirməlidirlər. Əgər ki, bir insanın həyatınızdakı yeri sizi sıxır və incidirsə, bilin ki, artıq sağollaşmaq və halallaşmaq vaxtıdır. Odur ki, ey həyatımda olmaq istəməyən insanlar, sizə hər şeyi bağışlayır və sevgi ilə buraxıram. Şadam ki, həyatınızda məndən də bir pay oldu. Və əminəm ki, yaşadıqlarımız hələ uzun zaman xatirinizdə qalacaq. Maraqlar dəyişə bilər, təcrübələr də. Zövqlər də. Amma xasiyyət insanda heç vaxt dəyişə bilməz. Ona görə də çalışın xasiyyətinizi də elə formalaşdırın ki, sizinlə uzun yola çıxmaq istəyən bir də çıxmaq istəsin. Di salamat qalın. Hamınıza uğurlar".
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi






.jpg)




























.jpg)


