Magazin1
Klubdakı partlayışda yanan Aysel Şükürovadan DƏHŞƏTLİ SÖZLƏR: Oqtay olmasaydı...
Yaşadıqlarım adi deyil, 14 gündür hər şeydən uzaqda müalicə alıram, bədənim yanıb. Qardaş dediyim insanın ad günündə başımıza bu hadisə gəldi. Dərmanlar atıram hər şeyi unutmaq üçün. Amma unuda bilmirəm, gözümü yumanda partlayırıq, hamı üstümdən keçir, qışqırıqlar, yerdə qalmağım, əzilməyim, yanmağım, boğulmağım... Bu, bir faciədir.
Publika.az xəbər verir ki, bu sözləri “Location” adlı məkanda partlayışda 4-cü dərəcəli yanıq xəsarəti alan influenser Aysel Şükürova instaqramda paylaşıb.
“Bu ağrıları heç düşmənimə də arzulamıram, Allah hamının ürəyinə görə versin. Hadisədir, bu, evdə də başımıza gələ bilərdi. Çünki qismətimizdə varmış. Deməli, evdə olsaydıq da nəsə olacaqdı. Sadəcə ad günündə idim, yəni ora bar falan da deyildi, hamının əyləndiyi normal bir məkandır. Heç kim heç kimi qınamasın. Psixoloji müalicə alıram, çox pisəm, amma bu da keçəcək. Əsas ağrılarım keçsin istəyirəm. İnşallah keçər”, - A.Şükürova qeyd edib.
O, keçmiş həyat yoldaşı Oqtay Əhmədovun onu xəstəxanaya aparmasından söz açıb:
“O qədər xəstəxanaya getdim ki, heç biri götürmürdü. Yaxşı ki, 5 nömrəli xəstəxanaya getməmişəm, indi həyatda deyildim, ölmüşdüm. Telefonlarımın ikisi də tapılmadı, ancaq canımızı götürüb qaçmışıq. Yadıma düşür havalanıram, o barədə danışmaq istəmirəm. Çətinliklə yeriyirəm, oturmaq da olmaz. Yuxu dərmanları atıram deyə tezdən oyanıram. Ancaq uzanmalıyam.
Biz Oqtayla dostuq, o, məni xəstəxanaya çatdırdı. Sağ olsun, o, olmasaydı, indi torpağın altındaydım. O, gəldi gördü ki, hamı şokdadır, heç kimin başı çıxmır ki, yanıq nədir? Qaz bədənimə təsir edib, bədənim şişib. Saçımı keçəl edirdilər, dedim, eybi yox, nə var odur. Kirpiklərim də yanıb. Ən pis ayaqlarımdır. Sabah əməliyyat olunacam. Ayağıma dəri köçürəcəklər. 6 ay heç bir şey etmək olmaz, sadəcə müalicə olunacam. Ayaqlarıma 4-cü dərəcəli yanıq diaqnozu qoyulub”.
Məşhur izləyicilərinə səslənib:
“Yazan, maraqlanan hər kəsə təşəkkür edirəm, dualarınız sayəsində həyatdayam. Bundan belə 3 aprel mənim yeni doğum günümdür. Dünən əkizlərimin 3 yaşı oldu. Könül istəyərdi, daha gözəl qeyd edək, amma mən ayaq üstə dayana bilmədiyim üçün evdə etdik. İnşallah, ayağa qalxım qeyd edəcəyik”.
-
Nida Xəbər 14:30Azərbaycan bu ölkəyə milyard dollarlıq sərmayə yatırdı
-
Magazin214:00Sərxoş sərnişin Əməkdar artistə hücum etdi - VİDEO
-
İqtisadi gündəm13:42“Qarabağ Toxum” şirkətində maliyyə nöqsanı aşkarlandı
-
MDB13:10Tikinti şirkətinin rəhbəri maaş üçün gələn fəhlələrə atəş açdı
-
MDB12:50Kadırov elə bir dəhşətli döyüş kadrı yaydı ki... - VİDEO
-
MDB12:30Əsgər gedən reper xüsusi təyinatlılarda xidmətə başladı - FOTO
-
Hadisə11:51Şəmkirdə məktəb direktorunun işdən çıxarılmasının səbəbi məlum oldu
-
Hadisə11:42Sürücünü döyən “Socar”ın əməkdaşı həbs olundu


























