Magazin1
Aktrisadan həyat yoldaşına səmimi sözlər
Aktrisa Aydan Axundova həyat yoldaşı İbrahim Çingizin doğum günündə ona olan ürək sözlərini instaqramda paylaşıb.
Publika.az xəbər verir ki, aktrisanın sevgi dolu sözləri maraqla qarşılanıb.
"Bu günü nə qədər sevdiyini bilirəm. Hər il mayın 5-də gecə saat əqrəbinin nəhayət 00:01-i göstərəcəyini və tarixin 6-ya keçəcəyini həyəcanla gözləyirsən. İçində tez nağılın içərisində olmaq, hədiyyələr, təbriklər almaq istəyən səbirsiz, kiçik, xoşbəxt uşaq oyanır. Bu, həyatımda görə biləcəyim ən gözəl mənzərədir. Tanış olduğumuz ilk gündən dünyama sülh, xoşbəxtlik və rahatlıq gətirdin. Sən mənim evimsən. Möcüzəvi bir insan olsaydı, yəqin ki, o, sən olardın. Hərdən mənə elə gəlir ki, sən bu dünyadan deyilsən. Sanki yaradan cənnətin qapılarını bir anlıq açıb və sən də hər şeylə maraqlanan bir uşaq kimi oradan qaçıb öz nurunu bölüşmək üçün dünyamıza gəlmisən. Sən mənim tanış ola biləcəyim ən mehriban, saf, mükəmməl ruhsan. Allah məni sevir, buna əminəm. Həyatımdakı yerini başqa necə izah edə bilərəm? Səndə dəyişmək istədiyim heç bir xüsusiyyət yoxdur. Səni sevirəm, ayım, günəşim, günaydınım və gecən xeyrəm, nəfəsim və talismanım. Daha əvvəl neçə həyat yaşamışam və nə qədər yaşayacağımı bilmirəm, amma bu, mənim ən yaxşı həyatımdır - sənin yanında, qollarında. Ad günün mübarək, super qəhrəmanım", - A. Axundova yazıb.
Qeyd edək ki, Aydan və İbrahim ötən ilin yayında ailə qurub.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular










.jpg)

























.jpg)

.jpg)