Magazin1
“Eurovision 2022”də bu ölkələr finala yüksəldi - YENİLƏNDİ
İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da keçirilən 66-cı “Eurovision” mahnı müsabiqəsinin birinci yarımfinalı başa çatıb.
Publika.az xəbər verir ki, Turin şəhərinin ev sahibliyi ilə keçirilən “Eurovision 2022”nin ilk yarımfinalında 17 ölkənin - İslandiya, Avstriya, Danimarka, İsveçrə, Albaniya, Moldova, Xorvatiya, Yunanıstan, Litva, Latviya, Ukrayna, Norveç, Sloveniya, Bolqarıstan, Niderland, Portuqaliya və Ermənistanın təmsilçiləri performanslarını nümayiş etdiriblər. Çıxışlardan sonra səsvermə keçirilib və ən çox səs toplayan 10 ölkə finala mərhələsinə yüksəlib. Həmin ölkələr Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland, İsveçrə, İslandiya, Litva, Portuqaliya və Ermənistandır.
“Eurovision 2022”nin ikinci yarımfinal mayın 12-də keçiriləcək və Azərbaycan, Rumıniya, Şimali Makedoniya, Belçika, Kipr, İrlandiya, Estoniya, Avstraliya, San-Marino, Monteneqro, Polşa, Finlandiya, İsveç, Malta, İsrail, Gürcüstan, Serbiya, Çexiya təmsilçiləri səhnəyə çıxacaqlar. Azərbaycan təmsilçisi Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə çıxış edəcək. İkinci yarımfinalda da ilk onluğa daxil olmağı bacaran ölkələr finala yüksələcəklər.
Dünyanın ən böyük canlı musiqi tədbirində bu il 40 ölkə iştirak edir və həmin ölkələrin 35-i yarımfinallarda yarışacaq. Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və ev sahibi İtaliya yarışmaya birbaşa finaldan qoşulacaq. Şüarı “The Sound of Beauty” (“Gözəlliyin Səsi”) olan “Eurovision 2022”nin finalı mayın 14-də keçiriləcək.
xxx
23:24
“Eurovision 2022” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb.
Publika.az xəbər verir ki, İtaliyanın Turin şəhərində mayın 10-da və 12-də keçiriləcək mahnı müsabiqəsində təmsilçimiz Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə ikinci yarımfinalda çıxış edəcək.
Şüarı "The Sound of Beauty"dir ("Gözəlliyin Səsi") olan müsabiqənin Azərbaycan üzrə şərhçisi isə tanınmış müğənni, bəstəkar Murad Arif olacaq.
Müsabiqə İctimai Televiziyanın efirində canlı yayımlanır.
Qeyd edək ki, ötən gün İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) “Eurovision 2022” mahnı müsabiqəsində Azərbaycandan olan səsverməni elan edəcək şəxsin adını açıqlayıb. Məşhur mahnı müsabiqəsində iştirakçılara ölkəmizdən münsiflər tərəfindən veriləcək səsləri İctimai TV-nin tanınmış aparıcısı Nərmin Salmanova elan edəcək.
Aparıcı yarışmanın qaydalarına əsasən, mayın 14-də final gecəsi iştirakçıların taleyini həll edəcək jüri ballarını İctimai Televiziyanın canlı efirində səsləndirəcək. Verilən xallar müsabiqə iştirakçılarının aktivinə əlavə olunacaq.
-
Ekopublika.az03:43Azərbaycanda ən çox yeni iş yeri harada açılıb?
-
Qoroskop01:40Şanslı həftə: Bu bürcləri böyük maliyyə uğuru gözləyir
-
Kriminal17 Avqust 22:46Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı - Bakıda dəhşətli qətl
-
Hadisə17 Avqust 21:00Azərbaycanda dəhşətli qəza: 5 ölü, 6 yaralı var - Foto/Yeniləndi
-
Hadisə17 Avqust 20:36Bakıda gənc müəllim faciəli şəkildə öldü - Foto
-
İKT17 Avqust 20:00Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı
-
Nəqliyyat17 Avqust 18:40Sabahdan Bakının bu iki küçəsi bağlanır
-
Ekologiya17 Avqust 18:10Böyükşor gölünün yaşıla bürünməsinin səbəbi bu imiş






.jpg)


.jpg)


























