Magazin1
Məşhurlarımızın arıqlama sirləri: 20 min addım, idman, daha nələr - FOTO
Son zamanlar məşhur simaların artıq çəkidən azad olduqlarını müşahidə edirik. Tanınmışların bu cür dəyişimləri diqqət cəlb edir.
Publika.az dəyişimlərilə diqqət çəkən tanınmış simalar arasında sorğu keçirib.
src="/storage/files/upload/d6965459721783a1ca8ecbfc727340a8c20f8755.jpg" style="width: 850px; height: 850px;" class="fr-fic fr-dib fr-fil">
Aktrisa Cəmilə Tağızadə: "Hamiləlik dövründə 125 kiloqram olmuşdum. Uşaq dünyaya gələndə təxminən 5 kiloqram gedir, lakin geriyə qalan artıq çəkiləri atmaq çox çətindir. Axşam saat 6-dan sonra yemək yemirəm və xəmir yeməklərini, şirniyyatı, şəkəri qida rasionumdan tamamilə çıxardım. Lakin bütün bunlardan öncə hormonlarımda problemin olub-olmaması ilə əlaqədar test verdim. Problem olmadığına görə pəhrizimə rahatlıqla davam etdim. Artıq çəkidən xilas olmaq üçün birinci şərt sağlam qidalanmadır. Mən də sağlam qidalanma və gəzməklə arıqladım. Bir neçə aya 18 kiloqram çəkidən azad oldum. Bədənin daha fit və gözəl olması üçün mütləq şəkildə idmanla məşğul olmaq lazımdır. Geriyə qalan 8 kiloqramı da bu üsulla atacam".
src="/storage/files/upload/54d45c5a260206c31ddefd9f576d5357c34c1178.jpg" style="width: 837px; height: 825.78px;" class="fr-fic fr-dib fr-fil">
Aparıcı Elçin Əlibəyli nə qədər çəki atdığını deməsə də, bildirib ki, sağlam qidalanma və idmanla artıq çəkidən azad olub. Bu məsələdə həkim-diyetoloqdan tövsiyələr aldığını xüsusi vurğulayıb.
src="/storage/files/upload/071d387610a078f031d8bb927ac0c70f9b55fc92.jpg" style="width: 850px; height: 558.508px;" class="fr-fic fr-dib fr-fil">
Müğənni Mətanət İsgəndərli: "Pəhrizlə arıqlamışam. Plastik əməliyyat etdirməyimlə bağlı şayiələr yalandır. İnsan istəyəndə hər şeyə nail olur. Üzürəm, hər gün piyada gəzirəm. Təmiz havada çox oluram. Bol-bol su içirəm. Yuxu saatlarıma diqqət edirəm. 10 kiloqram da arıqlamaq məqsədim var".
src="/storage/files/upload/b991f02c51663de2f961172de37c9126b2345509.jpg" style="width: 850px; height: 523.41px;" class="fr-fic fr-dib fr-fil">
Müğənni Nurlan Əzizbəyli: "Mədə kiçiltmə əməliyyatı olundum. Əməliyyatdan sonra 6 ay müddətində özünü qorumalı və mütləq şəkildə pəhrizə davam etməlisən. Hazırda əməliyyatdan 4 ay keçir. 105 kiloqram çəki ilə əməliyyata girmişdim. Artıq 72 kiloqram çəkidəyəm".
src="/storage/files/upload/a06ecab69007724c5d7fea44999bd90e42c9c991.jpg" style="width: 794px; height: 994.168px;" class="fr-fic fr-dib fr-fil">
Aktrisa Gültac Əlili: "Mən 84 kiloqramdan 64 kiloqrama düşmüşəm. Pandemiya dövründə 3 ay müddətində bir diyetoloqun marafonuna qoşuldum. 3 ay sırf həmin pəhrizə riayət etməklə arıqladım. Eyni zamanda hər gün 20 min addım atırdım. Bu məndə vərdiş halı aldığı üçün indi də davam edirəm. Arıqladıqdan sonra bədənimdə bəzi estetik əməliyyatlara ehtiyac oldu, həmin əməliyyatları da etdirdim. İndi isə hazırkı çəkimi qoruyub saxlamağa çalışıram".
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






.jpg)





















.jpg)






.jpg)


