Magazin1
Xalq artisti səhnədə göz qamaşdırdı - FOTO
Xalq artisti Brilliant Dadaşova Heydər Əliyev Sarayında "Ürəklə Sizinlə" adlı konsert proqramı ilə çıxış edib.
Publika.az">Publika.az xəbər verir ki, müğənni xalq, klassik və müasir estrada mahnılarını ifa edib. Səhnələşdirilmiş musiqili gecədə "Qatar", "Sevəcəyəm de", "Əgər məni unutsan", "Tet-a-tet", "Maç-maç, quç-quç", "Əzizim" və digər bəstələr səslənib.
Konsert boyunca müğənni "Səs Azərbaycan" layihəsində iştirak edən tələbələri ilə birlikdə çıxış edib. "Arşın mal alan" musiqili səhnəcik isə tamaşaçılar tərəfindən xüsusi maraqla qarşılanıb.
Xalq artisti həmçinin uzun illər öncə mərhum reper Anar Nağılbazla oxuduğu "Gecələr" mahnısını yenidən tələbələri ilə ifa edib.
Xüsusi coşqu ilə keçən konsertin ikinci hissəsində sənətkarın tamaşaçıların yanına gələrək onlarla birgə ifa etməsi maraqla qarşılanıb.
Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbədən danışan Brilliant Dadaşova musiqili gecənin sonunda atası Süleyman Dadaşovun ötən əsrdə bəstələdiyi "Zəngəzur" yallısını gənclərlə birlikdə oxuyub. Sözügedən musiqini bu qələbədə payı olan hər kəsə ithaf etdiyini deyib. Coşqu ilə bu mənzərəni izləyən tamaşaçılar dəfələrlə müğənnini yenidən ifa etmək üçün səsləyib.
Qeyd edək ki, bənzərsiz ifaları ilə yanaşı parlaq kostyumları ilə səhnədə gözqamaşdıran ulduzun obrazları üzərində stilist Elnur Həsənov və modelyer Gulya Vəkilova çalışıb.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular










.jpg)

























.jpg)

.jpg)