Magazin1
Mətanət İsgəndərli ilə şərt kəsmişik - Cananadan ŞOK SÖZLƏR
Publika.az əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana ilə müsahibəni təqdim edir:
- Canana xanım, övladlarınız atası Kərim ilə görüşürlərmi?
- Bəli, görüşürlər. Uşaqlar nənəsi Mətanət İsgəndərli ilə birgə yaşayırlar. Mətanət xanımla şərt kəsmişik ki, uşaqlar sadəcə nənəsi ilə yaşayacaqlar. Ögey ananın yanında qalmağa icazə vermirəm. Elə bir hal baş verərsə, söz-söhbət yarana bilər. Çünki mənim evim yoxdur, kirayədə qalıram. Uşaqlar üçün hazırda ora daha uyğundur, ona görə də yanıma gətirə bilməmişəm.
- Kərim bəyin ailə həyatı qurmağı sizə necə təsir edir?
- Heç bir təsiri yoxdur. Mən ona xoşbəxtlik arzulamışam. Çünki həmişə onu istəyirdi. Dəfələrlə evimizdə elə söz-söhbət olurdu. Həm də ona deyirdim ki, ailəli ola-ola ailə həyatı qura bilərsən. Bu, sənin öz seçimin, öz həyatındır. Mən buna hər zaman hazır idim.
- Siz necə, evlilik haqqında düşünürsüzmü?
- Xeyr, qətiyyən. Evlilik barədə düşünmürəm. Mən yalnız övladlarımın gələcəyini düşünürəm. Ancaq iş qurmaq, çalışmaq istəyirəm. Düşüncələrim budur.
- Övladlarınızın sizi yanaşı görmələri üçün Kərimlə bir araya gəlmisiniz?
- Əvvəl olub. Əşyalarım bağda idi, onları götürmək üçün o zaman Kərimə müraciət etmişdim, bir yerdə gedib oturmuşduq. Sonra yoldaşı etiraz edib. Kərim də dedi ki, mənə zəng etmə, əlaqələrimizi tamamilə kəsək. Yəni həyat yoldaşı narazıdır...
src="/storage/files/upload/1e7ca244cf5275476e5ac87bab28674bc1dbd7e0.jpeg" style="width: 349px; height: 198.93px;" class="fr-fic fr-dib fr-fil">
- Sizə maddi kömək edirlər?
- Xeyr, mənə heç bir kömək etmirlər. O, ailədən çıxdıqdan sonra özüm öz ehtiyaclarımı təmin edirəm. Bütün işlərimi özüm görürəm. Övladlarıma da dəstək oluram. Bacardığım qədər aparıb gəzdirirəm.
- Deyirsiniz ki, övladlarınız nənəsi Mətanət İsgəndərlinin yanında qalırlar. Bəs siz o evə gedirsiniz?
- Mətanət xanımın evində övladlarım qalır. O, evdə yox idi, dayələri orada idi. Gedib görüşdüm. Qızım bağçadan gəldi. Gözlədim ki, götürüb gedim, gəzim qızımla. O da dedi ki, bir az dincəlim, sonra gedərik. Bu zaman Kərim təsadüfən həyat yoldaşı ilə gəldi. Onun həyat yoldaşı etiraz etdi, Kərim də mənə dedi ki, nə üçün bura gəlmisən? Dedim övladlarımın yanına gəlmişəm. Bura Mətanət xanımın evidir, sənin evin deyil ki, gəlməyimə qadağa qoyasan. Kərim yoldaşını götürüb evdən çıxdı. Onlar eyni binada, amma ayrı evdə yaşayırlar. Daha sonra Mətanət xanım mənə zəng edib dedi ki, “Kərim evdə olmayanda çalış ora getmə. Çünki narazılıq olur”. Təzə gəlin xoş qarşılamır. 3 uşaq anasına sonradan gələn gəlin etiraz edir (gülür).
Bildirmişdim ki, Avropa düşüncəliyəm. Bu, insanları bir az qıcıqlandırdı. Kərim kənd həyatı sevir, mənsə daha irəli getməyi, övladlarımı xaricə aparmağı düşünürəm. Amma Kərim əlindəkinə qane olan insandır. Yəni, bizim fikirlərimiz heç vaxt üst-üstə düşməyib, bir-birimizi tamamlamamışıq. Mənim dünyagörüşüm tam fərqli olub. Mən Rusiyada doğulub, orada böyümüşəm. Ona görə də fikirlərim fərqlidir. Ailəmizin də dağılmağında səbəb bəlkə də birincisi bu idi. İndiki aldığı xanım tam onun istədiyi kimidir, kəndli həyatı...
Günay İbrahimova
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO