Magazin1
Zabit Səmədov Maduro ilə görüşü haqda - Eksklüziv
Məhşur kikboksçu, "Mauqli" ləqəbli Zabit Səmədov Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro ilə görüşüb.
Publika.az">Publika.az xəbər verir ki, Zabit Səmədov Teleqraf.com-a açıqlamasında Nikolas Maduro ilə görüşü barədə təəssüratlarını bölüşüb: "Kuruluş Osman" serialından bir neçə aktyor dəvət etmişdilər, mən də onların arasında idim. Özəl təyyarə ilə əvvəl Ankaraya, oradan da Venesuelaya uçduq.
Prezident Nikolas Maduro "Kuruluş Osman" serialına çox güclü azarkeşlik edir. Serialı bizdən də dəqiq izləyir. Bizi görəndə sevindi, bu ayın axırı qonaq qismində Venesuelaya dəvət etdi. Mənim isə ayın axırı yarışım var, bilmirəm necə olacaq. Alınsa böyük məmuniyyətlə gedəcəm.
Qeyd etdiyim kimi, prezident Nikolas Maduro "Kuruluş Osman" serialının fanatıdır. Hətta mənim "Kuruluş Osman" serialında çıxışımla bağlı sual da verdi. Cavab verdim ki, mənim yarışım var... Dedi, ona görə sən serialdan bir az tez çıxdın. Yəni serial sezon finalına getmədin..."
Zabit Səmədovun sözlərinə görə, prezident Nikolas Maduro idmançı kimi də onu tanıyır: "Hətta dedi ki, bir neçə yarışını izləmişəm".
Zabit Səmədov hazırda idman yarışına hazırlaşdığını vurğulayıb.
Qeyd edək ki, prezident Nikolas Maduro Türkiyənin ATV kanalında yayımlanan "Kuruluş Osman" serialının çəkiliş qrupunu Venesuelaya dəvət edib. Zabit Səmədov serialda "Gəncəbəy" obrazını canlandırır.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular










.jpg)

























.jpg)

.jpg)