Magazin1
Müharibə Emin Ağalarovun biznesinə necə təsir etdi? - VİDEO
Şərif Danilovun “Разборщик” yutub kanalına qonaq olan müğənni Emin Ağalarov Rusiyanın Ukraynaya hücumu ilə bağlı biznes sahələrində yaranmış problemlərdən söz açıb. O, bildirib ki, Ukraynadakı xüsusi əməliyyatlar fonunda beynəlxalq geyim və ayaqqabı brendləri Rusiyada fəaliyyətini dayandırdıqdan sonra “Crocus Group”a məxsus ticarət mərkəzləri icarəçilərin təxminən 30 faizini itirib.
Publika.az xəbər verir ki, müğənni hələlik ticarət mərkəzlərində gediş-gəlişin azalmadığını, lakin mağazalar açılmasa, bu halın tezliklə baş verəcəyini bildirib:
“Mağazalar olmasa, ziyarətçilərimiz də olmayacaq. H&M, Zara, Adidas və kinoteatrlar ticarət mərkəzlərində əsas yerləri tutublar. Mağazaları müvəqqəti bağlayan, demək olar ki, bütün şəbəkələr kirayə haqqını ödəməyə davam edir. Digərləri isə Rusiyada yenidən fəaliyyətini bərpa etməyi düşünür. Bazarı tərk etmək qərarına gələn şəxs artıq pərakəndə satış sahəsinin sahibinə öz qərarı barədə məlumat verib: onların arasında “Jysk” ev malları mağazası, “Nike” idman geyimləri şəbəkəsi və “Crocs” ayaqqabı pərakəndə satış mağazası var”, - iş adamı əlavə edib.
Ağalarov əmindir ki, ən böyük beynəlxalq şəbəkələr Rusiyanı tərk edib öz mağazalarını həmişəlik bağlamaq qərarına gəlsələr, onları başqa kirayəçilərlə əvəz etmək mümkün olmayacaq: “H&M”, “Zara” kimi brendlər isə on il ərzində bazara böyük sərmayələr qoyublar, onlar ən yaxşı yerlər üçün mübarizə aparıblar. Onlar bilirlər ki, bazarı tərk etsələr, 5-10 ildən sonra geri qayıtmaq onlara xeyli baha başa gələcək. Hazırda əlində malları olan mağazalar fəaliyyət göstərir. Amma yeni kolleksiya gəlmədiyi üçün bu çətindir. Təsəvür edin, mayda vitrinlərdə yaz geyimləri yox, kürk, dublyonkalar düzülüb”.
Emin kinoteatrların bu müharibədən ən çox ziyan görən sahə olduğunu vurğulayıb: “Qərb premyeralarının olmaması səbəbindən kinoteatrlarda tamaşaçı sayı 70 faiz azalıb. “Vegas” ticarət mərkəzlərində 22 kinoteatr şəbəkəsindən yeddisi müvəqqəti olaraq bağlanıb. Bir seansda 12-17 min nəfər olurdu. Bu zalların fəaliyyətini davam etdirməsi üçün Rusiya bir neçə aya 100 ildir mövcud olan Hollivudu keçməli və bütün ölkənin baxmaq istədiyi filmlərin istehsalına başlamalıdır. Həm də ildə bir dəfə deyil, hər gün. Çox güman ki, biz bu işin öhdəsindən gəlməyəcəyik. Kinoteatrların yerinə isə boş qutular qalacaq. Orada tennis oynayacağıq”.
Emin Ağalarov 2022-ci ildə dəyişən geosiyasi vəziyyət fonunda sənətçilər arasında “kütləvi çaxnaşma” olduğunu etiraf edib.
“Sənətçilər üçün əsas gəlir yeri konsertlərdir və “bu, qeyri-müəyyən xarakter daşıyırsa, bu, onların yaşayışına təsir edir. Əcnəbi sənətçilərin 30 faizi bizim məkanda çıxış etməkdən imtina edib, bəziləri ilə təxirə salınıb. Ancaq rus ifaçılarının qastrol səfərləri yerindədir. Sosial şəbəkələrdə çoxlu “nifrət” hökm sürür: deyirlər ki, belə bir vaxtda necə şou göstərmək olar. Belə şəraitdə konsert fəaliyyəti planlaşdırmaq faydasızdır. İyunun 6-dan etibarən “Crocus City Hall” növbəti üç ay ərzində planlı təmirə bağlanacaq”, - deyə Ağalarov bildirib.
Ağalarov iddia edir ki, geosiyasi vəziyyətə baxmayaraq, xaricdə rus sənətçilərinin qastrolları keçirilir: “Elə hallar olur ki, şərti olaraq pomidor atıb tamaşaçılardan kimsə qışqırır. Ümumilikdə, Valeriy Meladze səviyyəsində bir sənətkarsınızsa və 30 illik böyük hit mahnı siyahınız varsa, indi də Tel-Əvivdə və ya Nyu-Yorkda verəcəyiniz konsertlərdə zal tamamilə dolacaq”.
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ


































