Magazin1
Fatimədən İRAD: "Mənim heç yerim sallanmır" - VİDEO
Rəqqasə Fatimə Fətəliyeva keçirdiyi plastik əməliyyatlardan söz açıb.
Publika.az xəbər verir ki, o, bu barədə MTV-də yayımlanan “MTV maqazin” verilişinə danışıb.
“Beş il əvvəl plastik əməliyyat olundum. Bu əməliyyatı komplekslərimdən azad olmaq üçün etdirdim. İkinci dəfə ana olduqdan sonra çəkim artdı. Rəqs və idman etsəm də, istədiyim kimi özümü görə bilmədim. Bu səbəbdən bıçaq altına uzandım. Son illər xanımlar daha da cazibədar görünüb, “90-60-90” vücuda sahib olmaq üçün əməliyyatlar etdirirlər. Xanım məşhurların plastik əməliyyatla ombalarının həcmini həddən artıq böyüdüblər. Zaman gələcək, onlar bunu etdirdiklərinə görə çox peşman olacaqlar. Eşitmişəm ki, bir sıra xanımlar ombalarını silikonla böyüdüblər, sonra yenidən əməliyyat etdirib, onları oradan xaric ediblər. Çünki çürüyüb. Onların adlarını çəkmək istəmirəm, çox tanınmış simalardır.
Elə düşünməsinlər ki, mən burada kimisə pisləyib, söz atıram. Deyəcəklər ki, buna bax, özü əməliyyat etdirib, bizə söz atır. Yenə də təkrarlayıram, beş il əvvəl etdirdiyim plastik əməliyyatlardan sonra əldə etdiyim nəticəni və formanı çalışıram qoruyub-saxlayım. Mənim heç yerim sallanmır, ətim bərkdir. Onları görəndə dəhşətə gəlirəm, şoka düşürəm. Baxıb düşünürəm ki, onlar bu böyüdülmüş omba ilə necə gəzirlər. Onların bədən quruluşuna etdirdikləri dəyişiklik ön plana çıxır və vizual olaraq çox pis görünür”.
Ətraflı videoda:
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO






.jpg)

.jpg)








.jpg)















.jpg)


