Magazin1
Qaraciyərini qardaşına verən müğənni: "Əməliyyatdan iki ay əvvəl..."
Qaraciyərinin birini qardaşı Kamran Kərimbəyova verən müğənni Nərmin Kərimbəyova MTV Azərbaycan kanalında açıqlaması ilə diqqət çəkib.
Publika.az xəbər verir ki, Nərmin Kərimbəyova qaraciyərini qardaşına verməsindən danışıb:
"Özümə seçim qoymuşdum və əməliyyata hazır idim. Əməliyyatdan iki ay əvvəl depressiya yaşayırdım, çünki əmin deyildim ki, qaraciyərim qardaşıma uyğun gələcək, yoxsa yox. Həkimlər dedilər ki, əməliyyata başlayandan sonra biz qərar verəcəyik. Ona görə mən narkozdan ayılandan sonra bilmirdim ki, əməliyyat baş tutub, yoxsa yox. Əməliyyatda qorxu və həyəcan yaşamamışam. Qərar verəndə ola bilər. Səhhətim heç vaxt gözəl olmayıb, deyim ki, sağlam insanam və əməliyyata getmişəm. Ümumiyyətlə, əməliyyatlardan qaçıram, çünki mənə fəsad verəcək. Yüz faiz əminəm ki, qardaşım da mənin üçün eyni addımı atardı. Şükür ki, onun əməliyyatı məndən böyük olsa da ağrı hiss etmədi. Onun bərpa prosesi daha fərqli keçir. Qardaşım bir ilə yaxın diqqətli olmalıdır".
Müğənni qızından da danışıb: "Biz Türkiyəyə gedəndə qızım ağlayırdı ki, məni də özünlə apar. Ona deyirdim ki, axı, sən xəstəxanada yaşaya bilməzsən. Əməliyyatı bilirdi, belə bir halı ondan gizlədə bilməzdim".
Qeyd edək ki, ifaçının qardaşı Kamran Kərimbəyov “Hepatit B” xəstəliyindən əziyyət çəkib.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






.jpg)




























.jpg)


