Magazin1
Xalq artisti: “Udduğumuz havaya görə o oğullara borcluyuq”
Qurban olum sizə, millət, bu nə rüsvayçılıqdır?! Utancımdan söz tapmıram! Bir Vətən oğlu niyə çörək üçün balasından utanıb özünü yandırsın?! Dünyada rüsvay olmağımızı, ermənilərin bizə gülməyini keçdik, bəs öz vicdanımızın naləsinə necə dözürük?
Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova istaqramda yazıb. Qazini intihar həddinə çatdıran icra başçısına səslənən müğənni sözlərinə belə davam edib:
“O igid müharibədə qardaş, yoldaş, sirdaş itkisi görmüş biridir. İsti yatağımızdan bir tikə çörəyimizə kimi, udduğumuz havaya qədər bu oğullara borcluyuq. Niyə axı Şuşaya, Kəlbəcərə getməkdən ötrü dava edirik, növbə tuturuq, bir həyatı xilas edə bilmirik? Çətin idi bir insanı razı salmaq? O torpaqları, milli qeyrətimizi utancdan təmizləyən, təbəssümü ilə kişilik dərsi keçən biri niyə özünə qıysın axı?! Bilmirəm! Bir intihar, beş intihar, yetmədimi? Bəs etmədi bu torpaq üçün axıdılan şəhidin qanı ki, yarıcan canları ilə ələşən qazilər də “qurban” olsun?!
İcra başçı (Sabirabad Rayon İcra Hakimiyyətinin rəhbəri - red.) deyir ki, ona hər cür qayğı göstərilib. Hansı qayğıdır ki, o, özünü öldürüb, bu boyda zillətlə sizə - canına qıymağa vadar edənlərə həvalə etdi?! Psixoloji problemləri var idisə, daha həssas olmalı idiniz. Kimisə durduq yerə linç edə biləcək vicdan sahibi deyiləm. Bəsdirin millətin hissiyatı ilə oynadınız! Sizin bir addımınızın əks-sədası hara qədər qalxır, özünüz yaxşı bilirsiniz. Amma görürəm, bacardığınız qədər millətin qeyrətini, vicdanını sınağa çəkirsiniz. Millət sizi ittiham etsə, sığındığınız o binalarda daş daş üstə qalmayacaq. Məni daha çox utandıran odur ki, bu gün bizlər üçün canını fəda edən birinin həyatın qurtara bilərdik. Bilərdik, tək mən yox, hamımız!”.
Qeyd edək ki, bir neçə gün əvvəl Sabirabadda özünü yandıraraq intihara cəhd edən qazi Elvin Cəfərov ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdirilib. 35 yaşlı qazi ötən gecə dünyasını dəyişib.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular










.jpg)

























.jpg)

.jpg)