Magazin1
Nura Surinin klipində inanılmaz kadrlar - VİDEO
Müğənni Nura Suri Kolumbiyada çəkilən ikinci klipini də təqdim edib.
Publika.az xəbər verir ki, sənətçinin sözləri Orxan Qarabasma, musiqisi Kazımcan, “beat”i Emin Məmmədova (Clavis) aid mahnısı “Doğru” adlanır.
Klip Kolumbiyanın San Heronimo, Azərbaycanın Xızı, Qəçrəş və Xınalıq bölgələrində lentə alınıb.
Ekran işinin Kolumbiyadakı görüntülərini Sir Rivers, Azərbaycandakı görüntülərini isə Vahid Həsənov ərsəyə gətirib.
“Gözlənilməz problemlərlə üzləşdik. Stilistlə danışmışdıq, Kolumbiyanın bir şəhərindən digərinə gəlməli idi. Gəldi, bir obraz üzərində çalışdı. Bizə dedi ki, siz bu çəkilişi bitirin, mən qayıdacağam. Onun qayıtmağı problem oldu, ikinci obrazı çəkə bilmədik. Səhəri gün yağış yağdı deyə, obrazlarımın yarısını Azərbaycanda çəkdirəsi oldum. Buradakı çəkilişdə də yağış yağdı, işlərimiz qaldı. Məcbur olub səhəri günü yenidən qayıtdıq. Klip mənim üçün çox əzizdir, çünki əziyyətli olub. Mahnı da əzizdir, iki dəfə oxumuşam, əlavə səslər var idi, üç dəfə aranjimanı dəyişib. Mahnını ərsəyə gətirənəcən Emin Kərimiyə zülm yaşatdıq. İnanıram ki, mükəmməl bir iş olacaq”, - deyə, Nura Suri bildirib.
Qeyd edək ki, müğənninin tərzi üzərində kolumbiyalı və azərbaycanlı stilistlər çalışıb. Klipdə kolumbiyalı xareqoraf və rəqqas Hulio Moskuera rol alıb.
Ekran işinin montajını Azərbaycanda Aleks Anişenko, rənglənməsini isə Ukraynada Dmitriy Lukyanenko edib.
Nura Surinin fotolarını Azərbaycanda Raj Steven, Kolumbiyada isə Cafet Ariza ərsəyə gətirib.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular










.jpg)

























.jpg)

.jpg)