Magazin1
Flora Kərimova: “Röya jurnalının redaktoru olduğu vaxtdan davamlı olaraq mənə...”
Xalq artisti Flora Kərimova ilə jurnalist Ülviyyə Muradova (Ülviyyə Alovlu) arasında iki ildən çox davam edən məhkmə prosesi yekunlaşmaq bilmir. Buna səbəb isə junralistin məhkəmə proseslərinə gəlməməsi olub.
Publika.az xəbər verir ki, Xalq artisti Alovlunun bu addımı ilə bağlı instaqramda post paylaşıb.
Hakimə müraciət edən sənətçi qeyd edib ki, Ülviyyə Alovllu 2005-ci ildə “Röya” jurnalının redaktoru olduğu vaxtdan ona düşmən kəsilib və onun məhkəməyə təqdim etdiyi üzr bəraəti saxtadır:
“Hörmətli, cənab hakim, Abbas Rzayev. Ali Baş Komandanın əmri ilə təyin olunduğunuz hakimlik kürsüsündə dövlətimizə ləyaqətli xidmətinizə və ədalətinizə şübhəm yoxdur. İddiaçı olaraq mənim və ittiham etdiyim - Ülviyyə (Alovlu) Muradova ilə olan məhkəməmizin sülh və əmin-amanlıqla bitməsinə olan cəhdinizə sayğı duyuram. Ülviyyə (alovlu) Müradovanın məhkəmənin çağırışlarını diqqətə almayaraq, saymazlığı ucbatından, iki ildən çox çəkən müddət ərzində bir dəfə də olsun qərəzli “qəbahətini” başa düşərək hər hansı üzrxahlığının olmaması hələ fakt kimi təqdim etdiyim “Röya” jurnalının redaktoru olduğu vaxtdan (2005-ci ildən) davamlı olaraq mənə qarşı psixoloji təzyiqdən çəkinməməsi Sizin bildiklərinizin bir hissəsidir.
Yaxın tarixdə yazıb sonradan pozduğu, Sizin, Binəqədi rayon məhkəməsinin, Binəqədi rayon məhkəməsininin sədrinin adını saxtakarlıqda hallandırmaqdan da çəkinməməsinə də şahidsiniz. Məni cəmiyyətdə bacardığı, istədiyi kimi təhqir edib. “Bəraətini” Sizə təqdim etdiyi instaqram hesabındakı, heç kimin görmədiyi “etiraf”-ı qəti olaraq təhqir və böhtanlarının üzrü deyil, törətdiyi cinayəti boynundan atmaqdır. Bunu bütün sosial şəbəkə istifadəçiləri bilir və Siz də agahsınız.
Bağışlanması mümkün olmayan, üç linqivistik ekspertizanın rəyi ilə “nalayiq təhqir” hesab edilən, ünvanıma deyilən təhqirlərin əfvi, mənim tərəfimdən mümkünsüzdür! Mümkünsüzlük məhkəmə zalında Sizin, hətta utanaraq dilinizə gətirmədiyiniz, vəkillərin belə ərizəmi tam “oxumaya bilərsiniz” deyib rəva bilmədiyiniz təhqir və böhtanları bağışlamağı şərəfimə, vətəndaşlığıma, qadınlığıma və analığıma yaraşdırmıram. Bu kimi cinayətə acımaq, Ali Baş Komandan tərəfindən birbaşa ŞƏRƏF ordeni verilmiş birinə - mənə, mənim kimi bir çoxlarına kimlərinsə ürəklərindən keçən sözləri söyləməsi üçün cığır verməkdir və daha belə qərəzlə deyiləcək böhtan və təhqirlərə “azadlıq” qapısının açılmasıdır!
Qərar və hökm sahibi Sizsiz. Ədalət, yazılan qanunlar Sizin qərarınızla aliləşəcək!”
Qeyd edək ki, Flora Kərimovanın Ülviyyə Alovlunu təhqir və böhtana görə məhkəməyə verib.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO