Magazin1
Aysundan daha bir ETİRAF: "Atamı axtardım, dedi ki..."
Müğənni Aysun İsmayılova anası, müğənni Rəqsanə İsmayılovanın aparıcısı olduğu "Göz önündə" verilişində qonaq olub.
Publika.az xəbər verir ki, Aysun İsmayılova Rəqsanə İsmayılovanın "Eşitdim ki, verilişlərin birində müğənni Rəqsanənin qızı kimi kimi deyil, Aysun Əmiraslanova kimi təqdim edilməsini istəmisən" sualına "Çünki buna haqqım var. Birincisi müğənni Rəqsanənin qızı olmağımdan nə utanmıram, nə də çəkinirəm. Əksinə, bu mənim üçün fəxrdir. Ona görə müğənni Rəqsanənin qızı kimi təqdim edilməyimi istəmirəm ki, müğənni kimi əziyyət çəkirəm. İnsanlar artıq müğənni kimi qəbul edib. İstəmirəm ki, haradasa konsert verəndə aparıcı məni "Rəqsanənin qızı" kimi təqdim etsin. İzləyicilər mənə görə gəlirlərsə, deməlidirlər ki, müğənni Aysun Əmiraslanova", - deyə cavab verib.
İfaçı uşaqlıq illərində atasını axtardığını da etiraf edib: "Uşaq olanda atamı axtarmışam. Ondan atalıq görməmişəm. O insan yanımdan keçsə tanımaram. Anam bilmədi, amma atamı axtardım, o zaman 12 ya da 14 yaşım var idi, dəqiq xatırlamıram. Nənəmdən xahiş etdim ki, atamı görmək istəyirəm. Çünki hər kəs mənə deyirdi ki, sən atan Yaşara oxşayırsan. Goranboya getdik, axtardıq. Özü qabağıma çıxmadı və dedi ki, o adlı qızım yoxdur. Əmim dedi ki, atan səni görmək istəmir. Məni tapmaq o qədər də çətin deyil. Məni istəyən ata bu illərdə axtarıb tapardı. Ondan heç nə istəməmişəm".
Müğənni "Fazil Əmiraslanovun hansı xüsusiyyətini bəyənmirsən?" sualına isə belə cavab verib: "Fazil müəllim insan olaraq çox möhtəşəmdir. Hər igidin işi deyil ki, kiminsə övladına öz soyadını versin. Mənfi xüsusiyyətinə gəlincə bu ikinizdə də var. Səbrsizsiniz və ikiniz də "Mən nə deyirəm o olmalıdır" deyirsiniz. Qarşınızdakı insanın nə istədiyini düşünmürsüz. O mənim üçün atanın nə olduğunu yaşadan insandır. O mənə öz övladından yaxşı davranır".
Qeyd edək ki, Aysun İsmayılova həyat yoldaşı Eşqin Cəlilovdan boşanma iddiası ilə gündəmdədir. ("Teleqraf.com)
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?









.jpg)















.jpg)
.jpg)






