Magazin1
Avroviziyada ölkəmizi yenidən təmsil etmək istəyirəm - Nadir Rüstəmli
Azərbaycanın ən son Avroviziya təmsilçisi Nadir Rüstəmli MTV Azərbaycan kanalının qonağı olub.
Publika.az xəbər verir ki, verilişdə ifaçı maraqlı açıqlamaları ilə yadda qalıb.
Rüstəmli yenidən Azərbaycanı bu müsabiqədə təmsil etmək istəyindən söz açıb:
"İkinci dəfə Avroviziyada ölkəmizi təmsil etməklə bağlı izləyicilərimlə aramda narazılıq yarandı. 2 il ardıcıl müsabiqədə iştirak etmək istəmədiyimi dedim. Sevənlərim incidi ki, sanki onları saymıram. Dedim, yaxşı siz deyən olsun. Amma yenə də deyirəm, ardıcıl təmsil etmək özümə qəribə gəlir, sanki əl çəkmirəm. Təklif gözləyirəm, çünki bəzi şeylər ürəyimdə qalıb. Amma bilmirəm ki, bu hansı il olacaq".
O, bildirib ki, Eldar Qasımovla dueti də gözlənilir: "Eldar Qasımovla duet gözlənilir. Onunla yaxşı dost münasibətim var, tez-tez görüşürük".
Bundan əlavə, ifaçı müsabiqə iştirakçılarının gəldikdən sonra boşluğa düşməsi ilə bağlı danışıb:
"Məndə də oldu. Bir çox təmsilçilərimiz daha sonra xaricə üz tutdular baxmayaraq ki, qınaq obyektinə çevrildilər. Haqlı səbəbləri var idi. Mənim başqa ölkəyə köçüb orda sənətimi davam etdirmək kimi bir fikrim yoxdur. Sadəcə iş görüşləri ola bilər".
Nadir sonda ifa tərzinin Elnur Hüseynovla oxşarlığından danışıb:
"İfa tərzimizi tez-tez oxşadırlar. Onunla tanışlıq var, bu barədə də danışmışıq. "Səs Azərbaycan"da onun mahnısını ifa etmişdim. Elnura həmin nəğməni göndərib deyirdilər ki, burda sənə bənzər biri var. Avroviziya vaxtı da mənə öz məsləhətlərini vermişdi. Onu "O Səs Türkiyə" dən sonra tanıdım. Mən Avroviziyaya 2011- ci ildən baxdım. Elnur 2008-də təmsil edəndə mənim 8 yaşım var idi (gülür). Elnurun ifalarına baxıb çox şey öyrənmişəm. Zamanla sevdiyim artistə çevrilməyə başladı. Ona bənzədilmək mənə xoş gəlməyə başladı. Amma heç vaxt istəmirdim ki, Elnur Hüseynova bənzəyən oğlan kimi yadda qalam. Əsas odur ki, Nadir Rüstəmli olum!"
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular









.jpg)


.jpg)
























.jpg)

.jpg)