Məşhur aparıcı: “Rəhim haqqında açıqlama verən o həkimin etdiyi alçaqlıqdır”
Bizi izləyin

Magazin1

Məşhur aparıcı: “Rəhim haqqında açıqlama verən o həkimin etdiyi alçaqlıqdır”

Bu nə duyğu sömrüsü, pasientin özəlini bütün etik çərçivələrdən kənar olaraq aləmə car çəkib, reklam tutmaq cəhdidir indi?! Rəhim Rəhimli ölkənin ən tələbatlı müğənnilərindən idi. Başa düşürsünüz bu, nə deməkdir? Bunun maddi miqyasını təsəvvür edə bilirsiniz? Həftədə yox-yox, ən azı 3 dəfə yarımsaatlıqları olurdu. Hər yarımsaatlığın qiyməti **** azn. Şəxsən hər mövsümdə onlarla toyda təqdim etmişəm! Şəxsən qonorarını öyrənib, ödənişləri çatdırmışam... İndi oturun, hesablayın, o klinikanın da xərclərini nəzərdən keçirin.

Publika.az xəbər verir ki, bu sözləri müğənni və məşhur aparıcı Murad Arif sosial mediada yazıb. Həkimin Rəhim Rəhimlinin səhhəti ilə bağlı dünən sosial mediada paylaşdığı fikirlərə Murad Arif münasibət bildirib:

“Bu etdiyinizi heç bir etik çərçivəyə sığdıra bilmirəm. Dünyanın işləri belədir... Rəhim nə müalicə sevmirdi, nə baxımına fikir verirdi, nə də dostlarını problemləriylə yükləyib. Sənin yanında saatlarla oturar, amma başının ağrıdığını dilə gətirməz. Bu belə idi... Hə.

Təsadüfən nə vaxtsa "Əlinizə düşübsə" bu hələ öz fantaziyalarınıza güc verməyə səbəb deyil. Ay imkanı yox idi... Ay yanına gələn yox idi... Bu söhbətlər onu yalnız alçaldır. Əgər ruhu aramızdadırsa, sizi də bağışlamaz”.

Space tv-nin aparıcısı Turan İbrahimov da həkimin bu addımı tənqid edib.

“Mərhum Rəhim Rəhimli haqqında açıqlama verən o həkimin etdiyi ən yumşaq ifadə ilə qeyri-peşəkarlıqdı. Emosianal ifadə ilə isə alçaqlıqdı, fırıldaqçılıqdı, məqamdan istifadə etməklə ucuz reklamdı. Həm də özəl klinikaların öz xəstələrinə insan kimi deyil, mal, əmtəə kimi baxdıqlarının sübutudu, qəssab təfəkkürlü olduqlarının isbatıdı. Xəstənin gizli saxladığı bir şeyi sən nə haqla ictimailəşdirirsən? Hələ üstəlik də öz pozuq məntiqinlə şərh edirsən! Siz hər şeyi pula bağlamağa öyrəşmisiniz axı. Əgər biri müalicədən imtina edirsə deməli pulu yoxdu eləmi? Hə, pulu olmayanları axı siz hətta küçəyə də atırsız! Depozit qoymayanı, ölsə belə klinikanıza buraxmırsız…”, - aparıcı qeyd edib.

Məlumat üçüb bildirək ki, tanınmış kardioloq Üzeyir Rəhimov dünən açıqlama yayaraq Rəhim Rəhimlinin 3-4 il əvvəl pasiyenti olduğunu, ağır ürək çatışmazlığından əziyyət çəkdiyini və maddi sıxıntıları olduğunu iddia edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm