Magazin1
"Özüm ola biləcəyim bir sevgi yaşayıram" - Nurgül Yeşilçaydan səmimi etiraf
“Alem” dərgisinin üz qabığına çəkilən aktrisa Nurgül Yeşilçay müsahibəsində şəxsi həyatı barədə maraqlı açıqlamalar verib.
Publika.az xəbər verir ki, kino ulduzu özünü tamamilə sənətə həsr etmək niyyətində olmadığını və həyatını doya-doya yaşamaq istədiyini dilə gətirib.
- Son vaxtlar nə ilə məşğul olursunuz?
- Bir az yorğun olduğum üçün seriallara bir müddətlik fasilə verdim. Keçən ilin aprel ayından özümə vaxt ayırmağa və səyahət etməyə başlamışam. Pandemiya zamanı filmlərdə çəkdim. Bu filmlər bir-birinin ardınca çıxacaq.
- 40 yaş həyatınıza nə gətirdi?
- Özünüzlə barışdığınız və özünəinamın artdığı bir dövrdür. Əvvəllər həmişə özünüzlə rəqabət apardığınız halda, bu proses 40 yaşında başa çatır, rahatlıq hiss edirsən.
- Sizə baxanda oynadığınız bütün obrazları görürəm. Ekranda əks olunan obrazlara özünüzdən də nəsə veribsiniz. İçinizdə çoxlu qadın var, həmişə beləsiniz?
- Çox çalışdığım zaman özüm ola bilmirəm. Bu həyat məni çox işləməyə məcbur etməməlidir. Çox yorğun olmağı xoşlamıram. Mən aktrisalıq etməyi və personajlar yaratmağı sevirəm. Düzgün edə bilməyəndə əsəbiləşirəm. Mənə elə gəlir ki, oyunum əlimdən alınır. Bu, mənim də xoşuma gəlmir.
- Sevgi həyatınızda hansı plandadır?
- Mən çox aşiq olduğum bir dövrdən keçirəm. Beş ildir münasibətimiz var və sevgim günü-gündən artır, heç azalmır. Əvvəl ayrı yaşayırdıq, indi bir yerdə yaşayırıq. Deyirdim ki, ayrı yaşadığımız üçün sevgi bitmir. Ancaq birlikdə də hər şey çox yaxşı getdi. Mən özüm ola biləcəyim bir sevgi yaşayıram.
- Beş ildir bir yerdəsiniz. Aşiq olduğunuzu ilk dəfə necə hiss etdiniz?
- İlk gün aşiq olduğumu başa düşdüm. Özümdən heç vaxt belə bir şey gözləməmişəm. Aşiq olanda çox gülürəm.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






.jpg)




























.jpg)


