Magazin1
Çingizdən onu tənqid edənlərə: “Aramızda sevgi var”
Müğənni Çingiz Mustafayevin bir neçə gün əvvəl təqdim etdiyi “Vay Vay” adlı mahnısı tənqidlərə məruz qalıb.
Publika.az xəbər verir ki, izləyiciləri ifaçının müəllifi özünün olduğu ritmik mahnısını bəyənmədiyini bildirib və ona daha ciddi msuqilərlə məşğul olmağı tövsiyə edib.
Sənətçi ünvanına gələn iradlara cavab verib:
“2 gün öncə yayımladığım “Vay Vay” adlı pop janrında mahnıma müxtəlif məzmunlu fikirlər gəldi. 15 ildir ki, musiqi fəaliyyəti ilə məşğulam. Yaradıcılığımın hər dönəmində müxtəlif musiqi janrlarda əsərlər ərsəyə gətirmişəm. Son 3 ildir elektron musiqiçi şapkam altında çox müxtəlif əsərlər yaratdım və yaratmağa davam edirəm. Bu janrda məni dinləyən bir auditoriya formalaşdı. Onlar məni 15 ildir fərqli musiqilər yaradan Çingiz Mustafayev kimi yox, son 3 ildir tanıdıqları qəlibdə, çərçivədə tanıdılar. Dünya musiqi endustriyasına bələd olan, dünya sənət endustriyasına bələd olanlar bilirlər ki, hər bir artistin kommersiya və qeyri-kommersiya tərəfləri var. Mənim pop janrda ifalarımı dinləyən yüz minlərlə insanlar var. Onların da məndən gözləntiləri var. Həvəslə, istəklə, sevgi ilə məndən işlər gözləyirlər. Onlarla da aramızda bir bağ və sevgi var. Son 3 ildə mənim bu tərzdə “Can Can” , “Tənha gəzən”, “Get”, “Dəyməz” kimi ifalarım olub. Hər birini 10 milyonlarla insan dinləyib və bəyənilib.
Bizim daxilə səyahət, axtarışlar etdiyimiz qədər də əylənmək, sevinmək kimi seçimlərimiz, haqlarımız var. Yaşamımızda və yaradıcılığımızda balansı qorumaq çox vacibdir. Hər bir janrda dinləyicilərim üçün işlər istehsal edirəm və etməyə davam edəcəm. Unutmayın, bu yaşam, bu həyat sağ qalmaq və qalib olmaq uğrunda bir mübarizədir. Sevgi ilə qalın. 16 dekabr görüşənədək. Hər birinizi sevirəm”.
Məlumat üçün bildirək ki, ifaçı dekabrın 16-da “Elektra Hall”da konsert verəcək.
-
Yaxın Şərq09:33ABŞ İrandan əl çəkmir: Vaşinqton blokadanı sonsuza qədər davam etdirəcək
-
İdman08:12Yeddi ay komada qalan boksçu vəfat etdi - FOTO
-
Magazin206:16Qızı ilə birlikdə dekolteli çimərlik geyimində poza verdi - FOTO
-
İdman05:15Ronaldo toyundan sonra saçlarını kürən rəngə boyadı - FOTO
-
ABŞ02:12Bill Qeytsin qızı 20 il həbsdə yata bilər - Görün nə edib
-
Dəb01:11Payız mövsümünün əsas saç trendi bəlli oldu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sizi romantik və unudulmaz anlar gözləyir
-
Kriminal13 Avqust 23:24Biləsuvarda qətlə yetirilən Şölətin FOTOSU














.jpg)


.jpg)




















