"Rəhim Rəhimlinin yerini tutmaq istəyir" iddiasına Babazadədən CAVAB
Bizi izləyin

Magazin1

"Rəhim Rəhimlinin yerini tutmaq istəyir" iddiasına Babazadədən CAVAB

Tanınmış gənc müğənni Elvin Babazadə Rəhim Rəhimli haqqında maraqlı söhbət edib.

Publika.az-a xüsusi açıqlama verən müğənni Rəhim Rəhimliyə həsr etdiyi klipdən danışıb.

Onun sözlərinə görə, həmin klip sırf Rəhim Rəhimlinin ruhuna ithaf edilib: "Onu yenidən canlandırmaq, tamaşaçısına onu yenidən səhnədə göstərmək mənə elə gəlir ki, mənim Rəhim bəyə olan vəfa borcum idi. Sanki mən bunu etməklə onunla vidalaşdım. Əslində mən onun repartuarında digər sevdiyim mahnılara müraciət etmək istəyirdim, lakin qismət belə oldu. Bu öncədən planlaşdırılmamışdı. Sadəcə ölümündən sonra düşündüm ki, onunla belə vidalaşıb halallaşmalıyam. Çalışdım ki, bu proyektlə hər kəsin dostu olan Rəhimi laiqli şəkildə xatırlayaq. Böyük bir təqdimat keçirmədik, çünki düşünürəm ki, indiki dövrdə elə bir təqdimata ehtiyac yoxdur. "Youtube"da həm Elvin, həm də Rəhim sevənlərə təqdim etdik, istəyənlər oradan izləyə bilər".

Müsahibimiz deyib ki, onun Rəhim Rəhimliylə ortaq oxşarlığı üslublarının müasir pop musiqisi, müasir geyimlərə, müasir musiqi zövqünə önəm vermələridir: "Mən deməzdim ki, özümü ona oxşadıram. Çünki o, mənə yol göstərən olsa da, biz onunla dost olmuşuq. Mənim öz yolum olub, onun öz yolu və imzası. Və illər öncədən də mən hər zaman səhnəyə fərqli tərzdə çıxmışam. Hətta sizə belə bir maraqlı məlumat da verim ki, illər öncə 2013-cü ildə Rəhim Rəhimlinin apardığı verilişlərin birində hələ şortikin efirdə qadağan olduğu dövrdən danışıram sizə, o zaman mən həmin efirə şortiklə çıxmışdım. Yəni mən səhnəyə gəldiyim andan çalışmışam müasir obrazlara müraciət edim. Elə vaxt olub saçımı sarıya da boyamışam, qaraya da, hətta şlyapalı da çıxmışam, şlyapasız da, saçımı Amerikan buruqları belə etmişəm. Yəni mənim özümü ona oxşatdığımı düşünənlər bu cəhətləri əsas götürmüş ola bilərlər. Amma mən yenə də özümü ona oxşatmıram".

Elvin Babazadə sonda deyib ki, hətta bu klipin təqdimatından sonra ona Rəhim Rəhimlinin yerini doldurmaq istədiyini belə deyiblər: "Uğuru bizə Allah verir. Hər birimizin uğuru Allah yazısıdır.Və biz də Allahın yazdığı yazı qədər zəhmətimizin bəhrəsini görürük, görməyə də davam edirik. Hər kəs öz uğuruna imza atmağa çalışmalıdır. Mənim heç kəsin yerini tutmaq fikrim yoxdur. Hər kəsin öz yolu var. Rəhim Rəhimli imzasını heç kəs əvəz edə bilməz".

Samira Sərkər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm