Magazin1
“Neftçi” azarkeşləri Rəşad Dağlıya niyə dəstək verib? - Onların bu iyrənc əməlləri...
Azərbaycan Premyer Liqasının 14-cü turunun “ Neftçi ” – “ Qəbələ ” oyununda “Forza Neftçi” azarkeş qrupu İsgəndər Mehdiyevi öldürdüyünə görə həbs olunan meyxanaçı Rəşad Dağlıya dəstək nümayiş etdirib. Ağır cinayət törədən birinin dəstəklənməsi təəccüb doğurdu.
Publika.az xəbər verir ki, “Futbol+” qəzeti bunun səbəbini “Forza Neftçi”nin fəallarından olan Aqil Məmmədquliyevdən soruşub:
“Əvvəla bütün “Neftçi” azarkeşləri adından onu xüsusi qeyd edim ki, biz sağlam həyat tərzinin tərəfdarıyıq. Yəni narkotik vasitələrə və onların satışıyla məşğul olanlara çox dözülməz münasibət bəsləyirik. Rəşad Dağlıya dəstəyə gəlincə, yalnız öz adımdan danışa bilərəm, onun törətdiyi cinayətə haqq qazandırmıram, buna görə cavab verəcək. İnanıram ki, məhkəmə meyxanaçının işinə ədalətlə baxacaq və layiq olduğu cəzanı alacaq.
Heç kim də məhkəmənin qərarına qarşı çıxa bilməz. Amma məsələyə başqa prizmadan baxsaq, yüzlərlə gəncin narkotik aludəçiliyinin şahidi oluruq. Hətta xəbərlərdə narkotikə qurşananların sayında kəskin artımın olduğu qeyd edilir. Nə qədər ailələr əzizlərini bu zərərli vasitələr üzündən itirir. Mən özüm valideynəm, 3 uşaq atasıyam. Hamı kimi mən də istəmirəm ki, övladlarım narkotik satılsın. Bu işlə məşğul olanları kəskin şəkildə qınayıram. Onların bu iyrənc əməlləri yüzlərlə, minlərlə ailəni bədbəxt edir. Dövlət ailədən başlayır. Ona görə də ailəmizi məhv edən narkotik vasitələrə və onların ticarətiylə məşğul olanlara imkan verməməliyik.
Amma bu o demək deyil ki, narkotik satanları harada gördüksə, öldürməliyik. İlk növbədə övladlarımızı və yaxınlarımızı bu zəhərdən uzaq tutmalı, onları maariflədirməli, ticarətilə məşğul olanları kəskin şəkildə qınamalı və dövlət orqanlarına bu işdə yardımçı olmalıyıq.
Bir daha təkrar edirəm ki, qətlə haqq qazandırmıram. Amma məsələyə mənəvi, valideyn, ata, qardaş, qohumluq prizmasından da baxmaq lazımdır. Heç kim istəməz ki, onun əzizini kimsə narkotik vasitələrlə zəhərləsin. Rəşad Dağlı da ailə başçısı, ata, qardaş, əmi, dayı kimi yaxınlarının zəhərlənməsini istəməyənlərdəndi. Həmçinin Rəşad bəziləri kimi cinayət törədib qaçmayıb. Adam özü gedib polisə təslim olub. Onun belə kişi addımı da mənim və çoxlarının rəğbətinə səbəb olub. Narkotiklə bağlı qafiyəsi çoxları kimi mənim də xoşuma gəldi. Düşünürəm ki, bu qafiyə narkotik satanlara və narkotik vasitələrinin təbliğinə qarşı yaxşı reklam oldu. Yaxşı olardı ki, ziyalılarımız, ictimai-siyasi xadimlər, imkanlı şəxslər, yaradıcı insanlar bacardığı çərçivədə bu məsələdə qınayıcı mövqedə olsunlar və qarşısını almaq üçün maarifləndirici, profilaktik tədbirlər həyata keçirsinlər”.
Samira Sərkər
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ
-
MDB4 Noyabr 23:00Məşhur teleaparıcı 77 yaşında vəfat etdi - FOTO
-
Magazin14 Noyabr 22:24“Aygün xanımla aramızda soyuqluq var idi”
-
Sosial4 Noyabr 21:00Azərbaycanda bu rayon ləğv olunur?
-
ABŞ4 Noyabr 19:00Abortdan imtina edən 18 yaşlı sevgilisini AMANSIZCASINA QƏTLƏ YETİRDİ




































