Magazin1
Məşhur aktrisa öz adını unutdu - Ağır sarsıntıdan
İllər öncə ard-arda aldığım bir neçə travmadan sonra öz adımı belə unutmaq dərəcəsinə çatdım. Ailəm psixoloq axtarışına çıxdı. 8 seansdan sonra özümə qayıtdım. 2020-ci ildən bu yana bir neçə haqsız durumla üzləşdim. Təbii ki, qaldıra bilmədim, əsəblərim gərildi. Ətrafımda yaşanan bəzi durumlara daha əvvəlki kimi səbrlə yanaşa bilmirdim. Bəzən mən də kimlərəsə haqsızlıq edirdim, ən çox da sevdiklərimin qəlbini qırırdım. Türklər demiş, canım yandığı üçün can incitdim.
Publika.az xəbər verir ki, bu sözləri məşhur aktrisa Günay Əhməd sosial şəbəkədə yazıb. Psixoloji sarsıntı keçirən aktrisa çətin günlərin öhdəsindən psixoloqunun köməyi ilə gəldiyini qeyd edib:
“Amma bir yerdə özüm özümü müşahidə etməyə başladım. Dedim ki, Günay, bəlkə yavaşlayaq. Əvvəl ətrafımda daha çox insan var idi. Əvvəlki kimi olmaq istəmirəm. Mənə ətrafımdakıların kəmiyyəti yox, keyfiyyəti lazımdır. Münasibətlərdə ən çox dəyər verdiyim amil səmimiyyətdir. O yoxdursa, o adamın varlığına da ehtiyac duymaram. Əl-qərəz avqustun sonları dost itkisi yaşadım. Ruhu şad olsun, ya olmasın, ya da olsun. Təki məndən uzaq, ya da üzdən iraq olsunlar. Mənə nə? Bu itki məni olduqca sarsıtdı. Ancaq neqativ saçmağa başladım. Bunları ailəmə də, ətrafıma da yansıtdım. Artıq içimdə sevimli psixoloqumla danışırdım. Mən anlayırdım ki, özümlə bacarmıram. Və psixoloquma “Sizə çox ehtiyacım var” yazdım. Düzdü, hələ tam adam olmamışam, amma beynimdə qarışan bir neçə rəfi artıq yerbəyer etmişəm. Yenidən analiz etmə qabiliyyətim qayıdır. Bəzən beyində donma olur, amma o da keçəcək. İnanıram. Bizim çox istədiyimiz, dəyər verdiyimiz insandan gözləntilərimiz də çox olur. İlk növbədə gözləntilərimizi minimuma endirməliyik, istədiyimiz və gözlədiyimiz şeyləri açıq şəkildə deməyi öyrənməliyik. Bir şey istəyəndə də hər iki cavaba hazır olmalıyıq. Və ilk növbədə özümüzə dəyər verməliyik”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)



























.jpg)
.jpg)
