Magazin1
Böyrəyini verdiyi qardaşı danışdı: "Donor lazım olduğunu biləndə dedi ki..." - VİDEO
Şəxsi həyatım barədə çox uzun, dərin danışa bilmərəm. Amma onu deyə bilərəm ki, Nərmin üçün şəxsi həyat heç vaxt ailədən üstün olmayıb. Olmayacaq da. Nərminin savadı, ağlı, enerjisi imkan verir ki, o hər ikisini idarə edə bilsin. Onu deyə bilərəm ki, özümü, ailəm, anam, qızım və qardaşımla çox xoşbəxt hiss edirəm. Yalnız bu! Başqa insan barədə qəti danışa bilməyəcəm!
Publika.az xəbər verir ki, bu sözləri müğənni Nərmin Kərimbəyova Mtv-də Lamiyə Balacayevanın aparıcılığı ilə yayımlanan "Düzünə qalsa" verilişində deyib.
Şəxsi həyatından danışmasa da, ulduz yenidən ailə qurmaq arzusunu gizlətməyib.
"O ki, qaldı nə zamansa ikinci dəfə ailə qurmağa... Həmişə çox uşaq istəmişəm. Ən azı iki övladım olsun. Tək övladım var bilirsiniz. İstərdim yenidən bir qız, bir oğlum olsun. Çox vaxt özümü unutmuşam, özümə yetərincə diqqət ayırmamışam".
Daha sonra verilişdə bir neçə ay əvvəl böyrəyini qardaşına verən ulduz barədə sujet göstərilib. Kamran Kərimbəyov bildirib ki, bacısı çox cəsarətli insandır və həyatını ona borcludur:
"Bildiyiniz kimi, aylar öncə qaraciyər transplantasiyası keçirdim. Bu əziyyəti illərdir çəkirik, bəlkə də bu problem məktəb vaxtından yaranmışdı. Əməliyyatın vaxtı çatanda donor məsələsi ortaya çıxdı. Dedik, donor kim ola bilər?! Bu barədə bacım Nərmin Kırimbəyovaya sadəcə məlumat verdim. Mənə maraqlı cavab verdi ki, nəyə lazımdır ki? Donor var da. Dedim, kimdi ki o? Dedi, özüm! Bu sözləri demək üçün böyük cəsarət lazımdır. Elə hallar olur ki, kimsə atasına belə donor olmağa söz verir, sonra xəstəxanadan qaçır ya qorxur. Bunların hətta şahidi olmuşuq. Donor olmaq üçün cəsarət, xarakter lazımdır. Bu da mənim bacım Nərmində var, həmişə cəsur olub. Eyni addımı mən də Nərmin üçün atardım. Xəstələnməyin!"
-
Yaxın Şərq11:53İsrail ordusu bu tarixi məkanı ələ keçirdi
-
Ekologiya11:25Azərbaycanın bu ərazisinə qar yağdı - FAKTİKİ HAVA
-
İKT11:06Uşaqları sosial şəbəkələrdə necə qorumalı? - VİDEO
-
Region09:58Erməni müğənni Paşinyana qarşı çıxdı: "Qarabağ erməniləri ölkədə təqib olunurlar!"
-
İdman08:12PSJ azarkeşləri ilə polis arasında toqquşmalar: yaralılar var - Yeniləndi
-
Magazin206:16Ulduzların "İtaliya nağılı" - Toyun detalları bəlli oldu
-
Səhiyyə05:15Qonşu ölkədə seksoloq vəzifəsi ləğv edildi
-
Maraq dünyası04:14Paltar yuyarkən yol verilən 5 SƏHV - "Yumruq qaydası" nədir?























.jpg)












