Magazin1
Turan "Space"in taleyindən yazdı: "Reanimasiyada idi"
Space TV reanimasiyada idi, beyin ölümü çoxdan baş vermişdi, süni nəfəs aparatına qoşulmuşdu. Özüm də daxil bütün televiziyaçılar reallığı bildiyimiz və məsələyə məhz televiziyaçı kimi baxdığımızdan, bu kanalı xilas etmək üçün küllü miqdarda vəsaitə ehtiyac olduğunu düşünürdük. Haqlı idik. Amma Müşviq Hətəmov gəldi, kənar dəsdək olmadan vəziyyəti nəzarətə götürdü.
Publika.az xəbər verir ki, bu sözləri aparıcı Turan İbrahimov deyib. Azərbaycanın Əməkdar incəsənət xadimi, ssenarist, kinoprodüser Müşfiq Hətəmovun "Space"dən getməsi barədə açıqlama verən aparıcı qeyd edib ki, Müşfiq Hətəmovun kanalda misilsiz xidmətləri olub:
"Borcları bağladı, ən fundamental, təxirəsalınmaz praktik- texniki addımları atdı, mümkün olan bütün dəyişiklikləri etdi və pis-yaxşı, digər özəl televiziyalardan fərqlənməyən, yeni proqram siyasəti tərtib etdi. Hazırda Space TV minimal maliyyə imkanları ilə ölkənin ən reytinqli dördüncü kanalıdı. Böhran menecmenti haqqında bildiyiniz hər şeyi unudun. Hətta deyərdim ki, “böhran dövründə ağdamlı yanaşması” başlıqlı treninqlər təşkil edin, Müşviq Hətəmovu da çıxışçı kimi dəvət edin. Düzdü, bunun üçün vaxtı olmayacaq. Bundan sonra daha ağır rejimdə çalışacaq, amma siz yenə də cəhd edin".
Məlumata görə, televiziyanın baş direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov başqa işə keçməsi ilə əlaqədar "Parni iz Baku” KVN komandasının keçmiş üzvü, ATV və "Lider" telekanallarında müxtəlif vəzifələrdə çalışan Vado Karovinlə əvəz olunub.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular










.jpg)

























.jpg)

.jpg)