Magazin1
Zenfira həyat yoldaşının xəyanətindən danışdı: "Ona gələn mesajı tutmuşam"
"Böyüklər hər zaman deyirdi gördün ki, kişi bir balaca əsəbidir otağını dəyiş, oradan qaç. Qoy biraz əsəbləri sakitləşsin. Bu deyimləri isə mən hər zaman özüm üçün örnək götürürəm. Bəşəriyyət elə yaranıb ki, kişi hər zaman xəyanət edir. Bizim incə, zərif qadınlarımız isə bağışlaya biliblər".
Publika.az \xəbər verir ki, bu sözləri müğənni Zenfira İbrahimova "MTV maqazin" verilişinə müsahibəsində deyib. O, həyat yoldaşı Anar Heydərovun ona xəyanət etməsindən danışıb:
"Böyük bir xəyanət olsa, əsla bunu qəbul etmərəm. Amma kiçik yalanlar, xəyanətləri bağışlamaq olar. Elə dövrdə yaşayırıq ki, ətrafımızda olan insanlar da bəzən öz yaxın bildiyi insana xəyanət edirlər. Belə cılız söhbətlərə görə, heç zaman ailəmə qarşı bu cür addımlar atmaram.
Olub ki, həyat yoldaşım xəyanət edib, amma onu ciddiyə almamışam. Yəni, ciddi bir şey olmayıb. Mesaj tutmuşam. Bunu böyük bir xəyanət hiss etməmişəm. Ona kimsə mesaj yazmışdı. Adı da var idi. Elə bir insan deyiləm ki, o qadına cavab verim. Xanım ilk özünə hörmət etməlidir. Əgər o xanım evli bəyə yazırsa, birbaşa özünə hörmətsizlik etmiş olur.
Həmin xanım Anarın instaqram hesabına mesaj yazmışdı. Ondan sonra Anar səhifəsinin şifrəsini dəyişdi. İndi heç nə bilmirəm. Bir kəlimə söz söylədim, bununla da bitdi söhbət. Ona dedim ki, bir də görməyim. Allahım şahiddir ki, bilmirəm. Onun həyatında özümdən güclü qadın görmürəm. O, mənim kimi hərtərəfli qadın heç zaman tapa bilməz. Çünki gözəl ana, sənətçi və zəhmətkeş insanam. Zəhmətimin hesabına bu pillələrə gəlib çıxmışam. Özümü o yerə də gətirmərəm ki, böyük fil edim. Heç vaxt. Sevgi üstündə qurulan ailələri bu cür cılız məsələlər yıxa bilməz.
Anarla bir böyümüşəm. Onun 23 mənim isə 21 yaşım vardı ailə quranda. Biz ailəmizi zəhmətimizlə, ikimiz də işləyərək qurmuşuq. Övladlarımız da artıq böyükdür. Belə şeylərə görə bizim ailəmizdə problem ola bilməz". (Axşam.az)
-
Dünya17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi
-
Rəsmi xronika16:02İlham Əliyev sərəncam imzaladı
-
MDB15:48Rusiya halvasında ağır metal aşkarlandı – Belarus geri qaytardı, Azərbaycanda da satılır
-
Nida Xəbər 15:28XİN-dən vətəndaşlara çağırış: Qara dənizdə təhlükə artır
-
Region13:12Ermənistanda polis məmuruna “zibil” deyən jurnalistə bu cəza verildi
-
İdman12:42Hemilton Kardaşyanın uşaqlarını belə əyləndirir - FOTO
-
Nida Xəbər 11:15Azərbaycanlıların olduğu gəmi dron hücumuna məruz qalıb - XİN
-
Rəsmi xronika10:41İlham Əliyev Ərdoğana məktub göndərdi






.png)







.jpg)


























