Magazin1
Seda Sayanın yeni aldığı 4 milyon dollarlıq LÜKS VİLLASI - FOTO/VİDEO
Türkiyənin məşhur müğənnisi Seda Sayan 4 milyon dollara (təxminən 6,8 milyon manat) aldığı lüks villası ilə gündəmə gəlib.
Publika.az xəbər verir ki, ölkəsinin ən zəngin mülkünə sahib sənətçilərindən olan Seda Qayrettepeden Boğaza köçüb.
Villanın “təpədən dırnağa” hər bir hissəsini təmir etdirən Sayanın tikinti başa çatan kimi Qayrettepedeki evindən bura köçdüyü bildirilib.
Məşhur sənətçinin zövqlə döşənmiş evi qısa zamanda sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.
58 yaşlı Sedanın İstanbulda 30 mənzili, Bodrumda üç villası və Londonda bir evi olduğu iddia edilir.
Dəbdəbəli malikanəsini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşən Sayan bu addımı ilə onları qəzəbləndirib.
Belə ki, izləyicilər ölkədə baş verən dəhşətli zəlzələni müğənniyə xatırladaraq, Sayanı linç ediblər:
“”Belə bir dövrdə özünü göstərməyin nə mənası var?”, “Gördük ki, dəbdəbələr bir anda yoxa çıxır”, “İnsanlar çadırlardadır, bunu göstərməsəydiniz, ayıbdır””.
Qeyd edək ki, Seda Sayan həmkarı Çağlar Ökten ilə ailə qurub. 10 aydır evli olan Seda Sayan və Çağlar Ökten son zamanlar boşanma iddiaları ilə gündəmə gəliblər. Lakin bir müddət keçdikdən sonra müğənni boşanma xəbərini təkzib edib. (Bizim.Media)



-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp









.jpg)
















.jpg)
.jpg)





