Magazin1
Namiq Mənanın oğlu ağır xəstəliyə tutulub - FOTO

Oğlum Mənanın 3 ay əvvəl ardıcıl olaraq 1 ay fasilə ilə "sudurqa"sı (epileptik tutma - red.) oldu. Bu hal o, yuxuda olanda baş verir. Sonra onu müayinələrdən keçirtdik, başını "MRT" (Maqnit Rezonans Tomoqrafiya - red.) elətdirdik. Nəticədə bəlli oldu ki, Mənanın başında xoş xasisəli 2 sm. öçüsündə meningioma (Ən çox rast gəlinən xoş xassəli baş beyin şişləri olub, beynin üzərini örtən qoruyucu təbəqə olan meninks - beyin örtüyündən əmələ gəlir - red.) var.
Publika.az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Mənanın atası, meyxanaçı Namiq Məna qonaq olduğu "Bizimləsən" ictimai-sosial proqramında deyib.
Söz xiridarı oğlunun ağırlaşan səhhəti ilə bağlı bunları söyləyib: "Oğlumun beynində meningioma aşkar olduqdan sonra təşvişə düşdük. Şükürlər olsun ki, oğlum əməliyyat olundu, müalicələr aldı. Hər şey indi normaldır".
Məna isə "Yuxuda "sudurqa" məni tutduğuna görə heç nə hiss etmirdim. Yuxudan ayıldırdılar, ayılırdım. Üç dəfə ara verə-verə "sudurqa"m oldu", deyib.

-
Ekologiya21:36
İlin son Günəş tutulması başladı
-
İdman20:48
Qurbanov onunla bağlı ANONS VERDİ - “Yaxın zamanlarda...”
-
Ekologiya20:24
Ordubada 19 sm qar yağdı - VİDEO
-
Magazin120:00
Bu da Aynişanın yeni evi - FOTO
-
Hadisə18:48
Gəncədə 18 yaşlı oğlanı döyüb yol kənarına atdılar
-
Dünya10:51
Təhlükəli tendensiya: Yeniyetmələr kütləvi şəkildə ağızlarını kəsirlər – Nə baş verir?
-
Hadisə09:00
Daşkəsəndə sərxoş kişi evə gec gələn arvadını döydü
-
Sağlamlıq08:36
Çox arıq olmaq artıq çəkidən daha TƏHLÜKƏLİDİR