Magazin1
Ayandan etiraflar: “Bir neçə dəfə...”
Müğənni Ayan Babakişiyeva “Özəl” proqramında qonaq olub.
Publika.az "Olay"a istinadla xəbər verir ki, sənətçi ifası zamanı göz yaşlarını saxlaya bilməyib.
O, həyatdakı səhvlərindən və şəxsi həyatından danışıb:
“Nə səhv etmişəmsə, əcəb etmişəm. Səhv edirəmsə, demək işləyirəm. Allah o gündən saxlasın ki, mən səhv etməyim. Onda ölü kimi bir şeyəm. Səhv edən insanlar çalışanlar, risk edən, addım atanlardır. Nazımı çəkən gələcək də, necə lazımdır addım atacaq da. Özüm öz nazımı da, dərdimi də, ağrımı da çəkirəm. Sonra da çıxıb deyirəm ki, sən çox qəşəng, ağıllı qızsan.
Ürəyim hər zaman doludur. Sevgiylə doludur, bu da qarşılıqlıdır. Çünki qızım Selena anasını çox sevir. Şəxsi planda da sevirəm. Amma bir şeyi anladım ki, sevəndə çalış əlçatan olma. Sənə əli çatdısa, bitdi. Sevginin dəlisini də, ağıllısını da yaşamışam.
Yalandan deməyim bir dəfə sevmişəm, bir neçə dəfə sevmişəm. Son sevgimdə anladım ki, məsafə daha gözəldir. Çərçivələri də qırdım, çərçivəyə də saldım, çərçivədən də çıxdım. Amma belə daha yaxşıdır. Təcrübəsiz qadın deyiləm. Deyim ki, çox ağıllıyam yox, amma ağılsız qadın da deyiləm.
Deyirlər, Allah sizi sevdiyinizlə sınağa çəkməsin. Bilmirəm, bunu hansı mənada başa düşürsünüz. Doğrudan da elədir. Allah bizi sevdiklərimizin pisliyindən qorusun. Özünüzü sevin. Elə sevdikləriniz sizə ən çox zərər verir”.
-
Dizayn07:30"Yolka"nızı evin bu 3 yerində qəti qurmayın
-
Magazin206:16"Sahtekarlar"da yeni sima - FOTO
-
Magazin102:42"Ən yaxşı cütlüy"ün NADİR FOTOLARI
-
Sosial02:12Ürəyi 45 dəqiqə dayanan qadın danışdı: "Həkimlər deyirlər ki, iki dəfə olub" - VİDEO
-
Səhiyyə00:306 aylıq körpəni saatlarla gözlətdilər - “Leyla Medical”a ağır ittiham
-
Magazin100:15Həmidə Ömərova ilk dəfə nəvəsinin FOTOSUNU PAYLAŞDI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Yeni planlar sizi həyəcanlandıra bilər
-
Magazin213 Dekabr 22:40Azərbaycan Ermənistana 3 xal verdi, onlar isə...







.jpg)

























