Magazin1
Pərviz Qasımov "Sən gəlməz oldun" mahnısına Türkiyədə klip çəkdirdi - VİDEO
Tanınmış xanəndə yeni klipini təqdim etdi.
Publika.az xəbər verir verir ki, xanəndə Pərviz Qasımov bu dəfə fərqli repertuarla çıxış edib. Belə ki, o “Sən gəlməz oldun” mahnısına klip çəkdirib. Klipdə yer alan görüntülər İstanbulda baş verib.
Mahnının arenjemanı Taleh Ağayevə və Orxan Mirnatiqoğluya aiddir. Klipi isə İbrahim Bülbül çəkib. Onun rejissor işində əsas süjet xətti sevdiyi qadının yolunu gözləyən nakam sevgidən bəhs edib.
Sözləri Mədinə Gülgünə, musiqisi isə Ələkbər Tağıyevə aid olan mahnınıb böyük tarixi var. Belə ki, "Sən gəlməz oldun” Ələkbərin qardaşı oğlunun həyat yoldaşına həsr olunub. Qardaşı oğlunun həyat yoldaşı Sevda çox gözəl xanım idi. Uşağı olandan sonra gənc yaşda xərçəng xəstəliyinə düçar olur. Övladının heç bir yaşı olmamış dünyasını dəyişdi, Ələkbər də həmin dəfndə iştirak etmişdi. Bu hadisə, yas mərasimi ona elə təsir edir ki, evə gələn kimi bu mahnını bəstələyir. "Sən gəlməz oldun” mahnısı həmin gəlinə ithaf olunub.
Pərviz Qasımovun ifasında mahnıya yeni nəfəs gəlib.
Qeyd edək ki, bu mahnı bir müddət öncə ermənilər tərəfindən oğurlanıb, xalq mahnıları kimi təqdim edilmişdi.
-
ABŞ17 Dekabr 23:55ABŞ bu gecə müharibəyə başlayır? - Tramp hər an elan edə bilər
-
Hadisə17 Dekabr 21:57Sumqayıtda meyiti tapılan 18 yaşlı gənc partiya sədrinin nəvəsidir
-
Dünya17 Dekabr 21:0313 il öncə yoxa çıxan təyyarə TAPILDI
-
Dünya17 Dekabr 20:50Norveçdən Rusiyaya qarşı ilginc plan - Körpülər partladılacaq və...
-
İdman17 Dekabr 20:38Bu zədə ona baha başa gəlir: Hər oyuna görə 55 milyon itirir
-
Sosial17 Dekabr 18:50Azərbaycanda bir qrup şəxsə avtomobil VERİLƏCƏK
-
Sosial17 Dekabr 18:40Bu şadlıq sarayında dana əti adı ilə görün nə təqdim edilib - FOTO
-
Sosial17 Dekabr 18:20Məktəblilər arasında “snus” təhlükəsi: “Köşklərdə satılır” - VİDEO








.png)





























