Magazin1
"Avroviziya 2024" şərhçimiz bəlli oldu
"Avroviziya 2024" beynəlxalq mahnı müsabiqəsinin Azərbaycandan builki şərhçisinin kimliyi açıqlanıb.
Publika.az xəbər verir ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, yarışmada şərhçi tanınmış televiziya və radio aparıcısı Nurlana Cəfərova olacaq. O, şounun bütün mərhələlərini İctimai Televiziyanın efirindən şərh edəcək.
Aparıcı ona göstərilən bu etimad üçün İctimai kanalın rəhbərliyinə və bütün "Avroviziya 2024" Azərbaycan heyətinə dərin təşəkkürünü bildirib.
Əldə etdiyimiz məlumata görə, aparıcı şounu şərh etmək üçün İsveçə yollanacaq.
Xatırladaq ki, İsveçin Malmö şəhərində keçiriləcək "Avroviziya-2024" mahnı müsabiqəsinin yarımfinal mərhələləri bu il mayın 7-si və 9-u, final mərhələsi isə mayın 11-də baş tutacaq. Püşkatma nəticəsində Azərbaycan bu il 1-ci yarımfinalda çıxış edəcək. Müsabiqədə Azərbaycanı “Özünlə apar” mahnısı ilə müğənni Fəxri İsmayılov - Fahree və muğam ifaçısı İlkin Dövlətov təmsil edəcəklər.
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ


































