“Cavanşirin yoxluğuna inanmıram, sanki...”
Bizi izləyin

Magazin1

“Cavanşirin yoxluğuna inanmıram, sanki...”

“Mən hələ də şokdayam. Cavanşir Məmmədovun yoxluğuna inanmıram. O sanki harasa gedib”.

Publika.az xəbər verir ki, bu sözləri Əməkdar artist Firuzə İbadova qonaq olduğu “Xəzər axşamı” verilişində deyib.

Mərhum duet ortağı Əməkdar artist Cavanşir Məmmədovdan söz açan sənətçi bildirib ki, onun həyat yoldaşı Xalidə xanım hələ də bu itki ilə barışa bilməyib:

“Cavanşirin həyat yoldaşı Xalidə xanımla danışanda da dedim ki, hələ də şokdayam. O da mənə söylədi ki, “Elə bilirəm, Cavanşir evdə gəzir, inanmıram ki, artıq yoxdur”. Çox ani oldu. Toydan gəldi, yemək yedi, çayını içdi, güldük, zarafatlaşdıq, nəvələri ilə oynadı. Səhər ayıldıq yenə də hər şey eyni ilə... Üç dəfə xırıltısı gəldi, vəssəlam”.
Qeyd edək ki, C.Məmmədov 70 yaşında evində qəfil ürəktutmasından vəfat edib. Sənətkar anası Güllü Məmmədovanın yanında Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm