Qırılan liftdə Təranə Qumral da olub? - VİDEO
Bizi izləyin

Magazin1

Qırılan liftdə Təranə Qumral da olub? - VİDEO

Xəbər verdiyimiz kimi, Bakıda Ağa Nemətulla küçəsi 70 ünvanında 17 mərtəbəli binada liftin trosu 7-ci mərtəbədə olarkən qırılıb. Qəza nəticəsində 5 qadın müxtəlif növ ciddi bədən xəsarətləri alıb.

Publika.az xəbər verir ki, bizim.media-nın qaynar xəttinə daxil olan məlumata görə, həmin liftdə müğənni Təranə Qumral da olub.

Məsələ ilə bağlı sənətçi ilə əlaqə saxlanılıb. Həmin binada yaşadığını təsdiqləyən Təranə bildirib ki, o liftdən çıxdıqdan sonra bu dəhşətli hadisə baş verib:

"Liftin içində olmamışam, amma xəsarət alan xanımlarla üzbəüz gəlmişəm. Belə ki, mən qızımla liftdən çıxmışam, onlar giriblər. Daha sonra lift qırılıb. Həmin hadisə mənim də başıma gələ bilərdi. Binadakı qan hələ də təmizlənməyib, lift də təmir olunmayıb. Biz 13-cü mərtəbədə yaşayırıq. Hər gün mənzilimizə ayaqla qalxıb düşürük. 17 ildir ki, bu binada yaşayırıq və bu illər ərzində lift sarıdan çox əziyyət çəkirik. Bina yiyəsizdir. Hələ də bizə çıxarış da verilməyib. Dəfələrlə aidyyatı qurumlara müraciət və şikayət etsək də heç bir nəticə yoxdur".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm