“17 yaşı var, uşağın biri qucağında, biri qarnında, biri də…”
Bizi izləyin

Magazin1

“17 yaşı var, uşağın biri qucağında, biri qarnında, biri də…”

"Toyda qız gördüm, uşağın biri qucağında, biri yanında, biri də qarnında. Yaşı da 17..."

Publika.az xəbər verir ki, bu sözləri Yenicag.az-a açıqlamasında şairə və aparıcı Nazilə Səfərli deyib.

Erkən nikahlarla bağlı sualımızı cavablandıran şairə kənddə "Qız ki kəkil çıxardı, ver ərə, getsin" psixologiyasının hələ də qüvvədə olmasını təəssüf hissi ilə bildirib:

"Rayonda qızların başını qatacaq bir məşğuliyyət varmı? Dərnəklər işləmir, mədəniyyət evinə getmirlər... Hər rayonda Olimpiya kompleksləri var, hansı qız, tutalım, üzgüçülüyə gedir? Gedə də bilməz, çünki kənddə onu biabır edərlər. 17 yaşında qız məktəbi bitirir, ali məktəbə daxil ola bilmir, oturur evdə. Əlacı ərə getməkdə görür. Elə qızlar var, onlar üçün 1000 manatı olan milyonçu sayılır. Yəni o qədər gözütoxdurlar. Lap elə ali məktəbə girsə də, kasıb valideyn nə ilə oxutsun uşağını? Məcbur olub qızını ərə verir.

Mən hələ 17 yaşda üç uşaq anasından danışmıram. Cənub bölgəsində toyda qız gördüm, uşağın biri qucağında, biri yanında, biri də qarnında... Yaşı da 17... Mən şok yaşadım onu görəndə. Bizə faciə kimi gəlir, onlara belə yaşamaq elə rahatdır ki... Sanki belə də olmalıdır. Tək-tük kənd var ki, orada kimsə buna görə polisə şikayət etsin. Təəssüflər olsun ki, "qız ki kəkil çıxardı, ver ərə getsin" psixologiyası hələ də qüvvədədir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm