Magazin1
Azərbaycanlı aktrisa vəfat etdi - FOTO
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktrisası Elmira Hüseynova vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə APA-ya teatrdan məlumat verilib.
Bildirilib ki, aktrisa uzun müddətdir, onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Aktrisa ilə vida mərasimi bu gün saat 12:30-da Təzə Pir məscidində keçiriləcək.
Qeyd edək ki, Elmira Əmbər qızı Hüseynova 8 noyabr 1952-ci ildə Bakı şəhərində anadan olub. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrına 1970-ci ildə müsabiqə yolu ilə qəbul olub və ömrünün sonuna qədər orada çalışıb. İşlədiyi illərdə Yəməndə (1973), Daşkənd şəhərində (1979), Hindistanda (1980), İranda (1993) beynəlxalq qastrol səfərlərində iştirak edib.
Allah rəhmət eləsin!

-
Sosial11:43Rasim Balayevlə vida mərasimi keçirilir - Fotolar
-
ABŞ10:24Trampdan Müctəba Xamenei açıqlaması: Ya öldürülüb, ya da...
-
MDB09:12Gözlənilməz təsir: Bu ölkə Rusiyada inflyasiyanı aşağı saldı
-
ABŞ08:15İran ABŞ-a 20 neft tankeri verdi - Tramp
-
Avto07:35Leysanda yoxa çıxan nömrələr: nə etmək lazımdır? - Video
-
Magazin107:15Rasim Balayevin nəşi Azərbaycana gətirildi - Foto
-
Magazin103:43İlk onun "Maska"sı açıldı
-
ABŞ02:44Trampın təyyarəsinə hücum cəhdi - Helikopterlər havaya qalxdı






































