Magazin1
Efirdə göz yaşı tökdü: "Dedi ki, Könül xanımın oxuması üçün 350 manat ödəməlisiniz" - VİDEO
Şairə və xına məclislərinin təşkilatçısı Nazilə Səfərli canlı efirdə etdiyi etiraflarla kövrək anlar yaşayıb.
Publika.az xəbər verir ki, sənətçi illər əvvəl yaşadığı bir hadisəni danışarkən göz yaşlarını saxlaya bilməyib. Səfərli bildirib ki, 2003-cü illərdə ən böyük arzularından biri müəllifi olduğu mahnını Xalq artisti Könül Xasıyevanın ifa etməsi olub.
Şairənin sözlərinə görə, o dövrdə heç kim onu tanımırdı və sənət aləminə yeni qədəm qoymuşdu. O, dəfələrlə Könül Xasıyeva ilə əlaqə saxlayaraq mahnını oxumasını xahiş etdiyini deyib.
Daha sonra mahnının səsləndirilməsi üçün 350 manat məbləğ tələb olunduğunu öyrənən Nazilə Səfərli həmin vaxt bu pulu ödəməyə imkanının çatmadığını bildirib. O qeyd edib ki, həmin məbləğ o illərdə onun üçün çox böyük idi.
İllər sonra isə Könül Xasıyeva özü ona zəng edərək konsertində aparıcı olmağı təklif edib. Nazilə Səfərli həmin anları həyatının ən xoş günlərindən biri kimi xatırladığını deyib:
"2003-cü il idi. Hər yerdə Könül Xasıyevanın səsi eşidilirdi. Mənim də arzum var idi ki, müəllifi olduğum bir sözə o mahnı oxusun. Nömrəsini tapmışdım, bir neçə dəfə zəng edib xahiş etmişdim. O vaxt məni heç kim tanımırdı, "Aşıq Pəri" məclisinə yeni gəlmişdim. Könül xanım da deyirdi ki, oxuyaram. Amma mən bu işlərin qaydasını bilmirdim, soruşmağa da cəsarət etmirdim ki, bunun xərci nə qədərdir. Sonra yenidən zəng etdim, başqa bir nəfər telefonu açdı və dedi ki, mahnının oxunması üçün 350 manat ödəniş etməlisiniz. O pul isə mənim üçün çox böyük məbləğ idi. İllər keçdi. Bir gün Könül xanım özü mənə zəng edib dedi ki, gəl mənim konsert gecəmin aparıcısı ol. Onun yanında oturmaq belə mənə xoşbəxtlik verir.
Konsertdə hər kəsə pul payladılar, amma mən götürmədim. Soruşdu ki, niyə belə etdin? Dedim ki, o vaxt pulum yox idi, qalsın. İndi isə həmin şeirin səslənməsini istəmirəm".
Şairənin duyğusal açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.(milli.az)
-
Ekologiya08:55Gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edildi - Yaxın saatlarda...
-
Ekopublika.az06:16Ev alqı-satqısı ilə bağlı mühüm dəyişiklik gündəmdə: Qiymətlər enəcək? - Video
-
Qoroskop01:40Günün ulduz falı: hisslərinizi açıq şəkildə ifadə etməkdən çəkinməyin!
-
ABŞ26 İyun 20:32İran atəşkəsi pozdu - Tramp
-
Magazin226 İyun 19:51Kadir İnanır vəfat etdi
-
Region26 İyun 19:138 il əvvəl faciənin yaşandığı zavodda yenidən partlayış oldu - Ölən və xəsarət alanlar var
-
Hadisə26 İyun 18:48Kanalda batan gəncin meyiti tapıldı - Video/Yeniləndi
-
Dünya26 İyun 18:36İran XİN-dən Körfəz ölkələrinə xəbərdarlıq














.jpg)









.jpg)

.jpg)









