Magazin1
Pərvizlə Baləli Xəyyamın dəfninə niyə gəlməyib?
Xəbər verdiyimiz kimi, tanınmış meyxanaçı Xəyyam Əhmədli uzunsürən xəstəlikdən sonra vəfat edib. Söz ustadı ötən gün Kənd Əhmədli qəbiristanlığında torpağa tapşırılıb.
Publika.az bildirir ki, Xəyyamın bir çox həmkarı onunla vidalaşmağa gəlsə də, meyxanaçılar Pərviz Bülbülə və Baləli Maştağalı vida zamanı gözə dəyməyib. Onların dəfndə iştirak etməməsi sosial şəbəkələrdə müzakirə edilib, müxtəlif fikirlər səsləndirilib. Baləlinin yoxluğunu bir neçə gün əvvəl Orxan Lökbatanlı ilə mərhumun səhhəti üçün lazım olan məbləğlə bağlı mübahisəsi ilə əlaqələndirənlər də var.
Əldə etdiyimiz məlumata görə isə əslində onların heç biri Xəyyamın ölümü günü ölkədə olmayıb. Belə ki, Pərviz də, Baləli də Rusiyada səfərdə imiş. Ayrı-ayrı məclisdə iştirak edən meyxanaçılar məhz bu səbəbdən dəfnə gələ bilməyiblər.
Hər iki sənətçi bu gün səhər saatlarında Bakıya qayıdıb. Bir az əvvəl Baləli Xəyyamın məzarını ziyarət etməyə gedib. Pərvizin də mərhum həmkarını ziyarət edəcəyi bildirilib.
Qeyd edək ki, bir müddət idi Xəyyamın müalicəsi üçün pul toplanırdı. 44 yaşlı mərhumun ölümündən əvvəl lazım olan məbləğ əldə olunsa da, gec olub.
(Qafqazinfo)
-
Ekologiya07:17Bakıya sulu QAR YAĞACAQ - 4 dərəcə şaxta olacaq
-
Magazin206:16Türk məşhurlar qırmızı xalıda… - VİDEO
-
Sağlamlıq05:15Miqrenlə mübarizə aparan MÖCÜZƏVİ QİDALAR
-
Dünya04:14Pakistandan ÜZÜCÜ XƏBƏR - 3 nəfər öldü
-
Sosial03:13Azərbaycanda iki növ balıq bahalaşdı - VİDEO
-
Magazin202:12“Victoria’s Secret”in mələyi jurnalın üz qabığı üçün soyundu - FOTO
-
İKT01:11"ChatGPT" istifadəçilərinə ÜZÜCÜ XƏBƏR - Növbəti həftələrdə başlayır
-
Qoroskop00:00Günün ULDUZ FALI - Yeni ideya gəlirə çevrilə bilər






.png)


.jpg)
























