Dünya
Trampdan İrana şok xəbərdarlıq: fəlakət olacaq
ABŞ prezidenti Donald Tramp Amerikanın “Fox News” kanalına müsahibəsində İranla bağlı kritik açıqlamalar verib.
Publika.az xəbər verir ki, Tramp İranın Yaxın Şərqdə zərərli fəaliyyətlə məşğul olduğunu və bunun qarşısını almaq üçün hər cür tədbir görəcəklərini vurğulayıb.
ABŞ prezidenti İranın heç vaxt nüvə silahına sahib olmayacağını bəyan edib:
“2020-ci il seçkilərində qalib gəlsəydim, bir həftə ərzində İranla nüvə sazişi bağlayaraq bu ölkəni nüvə silahlarından tamamən uzaqlaşdıra bilərdim. Lakin Co Bayden administrasiyası bu prosesi idarə edə bilmədi.
Mən iranlıların böyük bir ölkəyə sahib olmasını istəyirəm, onların böyük potensialı var, xalqları inanılmazdır. İran haqqında dediyim tək şey odur ki, onların nüvə silahı ola bilməz. Saziş düzgün tərtib olunarsa, İranın nüvə silahı əldə edə bilməyəcəyinə tam əminəm”.
Tramp İranın nüvə silahı olsa, bir çox başqa ölkənin də buna sahib olmaq istəyəcəyini və bunun fəlakət olacağını qeyd edib.
Roza
-
İnanc19:40Ramazanın 22-ci günü: dua, imsak və iftar vaxtı
-
Nida Xəbər 18:10İnzibati cərimələrin qaytarılması qaydası təsdiqləndi
-
Region17:12Paşinyan Azərbaycanı izləyən Aİ missiyası haqda: Rolunu qiymətləndirmək çətindir
-
Nida Xəbər 17:10Paşinyandan Naxçıvanla bağlı mühüm açıqlama: Səbirsizliklə gözləyirik
-
Rəsmi xronika17:08Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər
-
Rəsmi xronika15:58İlham Əliyev fərman imzaladı
-
Dünya15:20Vaşinqtonda heykəl peyda oldu: Tramp və Epşteyn "Titanik"-də - Foto
-
İdman13:24Neymar yenə qalmaqal yaratdı: Bu modeli "bəyənməsi" başına bəla oldu - FOTOLAR




































