Magazin1
Ayandan geyimini tənqid edən Qorxmaz Əlilicana cavab
Müğənni Ayan Babakişiyeva yeni fotosessiyasını tənqid edənlərə cavab verib.
Publika.az xəbər verir ki, Əməkdar artist Qorxmaz Əlilican Ayanın fotolarındakı geyimi tənqid edib. "Elgizlə izlə" verilişinə zəng edən Ayan aktyorun fikrinə hörmətlə yanaşdığını bildirib:
"Mənim üçün nə xoş. Qorxmaz müəllimi çox istəyirəm. Əgər müzakirə olunursa, deməli, maraqlı iş ərsəyə gəlib. Qorxmaz müəllimə də xoş sözlər deyirəm. Zövqlər müzakirə olunmur. Hamının fikrinə hörmətlə yanaşıram. Ən azından da sənətkarların".
Q.Əlilican "Sənətinizin gözəlliyi o qədərdir ki, onla gündəmə gəlin. Paltarın uzunluğu, qısalığı önəmli deyil. Qısa geyim şöhrət gətirmir. Camaata qıcıq gətirən geyim olmasın" deyə, söyləyib.
Müğənni isə "Uzun müddətdir səhnədəyəm, öz sözünü deyən, kürsüsündə oturan ifaçıyam. Bizim bu qədər səs-küy yaradan işimiz olmamışdı. Normal bir şeydir. Kimi yaxşı, kimi pis qəbul edirsə, normaldır. Estrada, pop ifaçısıyam. Səhnəyə dünən gəlməmişəm ki, deyim, fotolarla gündəmə gəlim. Mənim hər sözüm manşet olur" deyə, ona cavab verib. (Axşam.az)
-
Ekopublika.az19:00
Trampın rüsumları bazarı çalxaladı: "Bitcoin" bu qiymətə düşdü
-
Rəsmi xronika15:19
Prezidentdən Polad Bülbüloğlu ilə bağlı sərəncam
-
Sosial14:20
Gənc oğlan dayısının yetkinlik yaşına çatmayan qızını qaçırdı, gecələr... - ŞOK TƏFƏRRÜAT
-
Region13:20
İrəvan metrosunda insident: Ermənistanı qorxuya salan 5 nəfər əcnəbi sərhəddə saxlanıldı
-
Nida Xəbər 12:59
Milli Məclisdə skandal: Spiker deputata irad bildirdi
-
Dünya12:08
Suriya Türkiyədən kömək istədi: Ərdoğan 50 ədəd "F-16" göndərir
-
Hadisə11:32
DTX və DİN 8 nəfəri belə məhv etdi - VİDEO
-
ABŞ11:00
Bu təşkilat dəli radikallar tərəfindən idarə olunurdu - Trampdan sensasion iddia