Magazin1
“Buna cəsarətləri çatmaz!” - Bu ifadə QALMAQAL YARATDI - VİDEO
İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV kanalı) efirində yayımlanan “Əqrəb mövsümü (İki dünya bir olsa da)” serialında vəkillik peşəsinə qarşı kəskin ifadələr işlədilməsi etirazlara səbəb olub.
Bu barədə Vəkillər Kollegiyasının Mətbuat xidməti də məlumat yayaraq narazılığını bildirib.
Publika.az xəbər verir ki, vəkil Turan Abdullazadə də ekran işində vəkillərin aşağılanmasına kəskin etiraz edib:
“Bu serialın ssenaristi Azər Aydəmir, rejissoru isə Emil Quliyevdir. Onların hər ikisi iddia edir ki, serial reallığa yaxın və pafossuz olduğu, bəzi hallarda bədii üsluba əl atılıb hekayələri şişirdikləri üçün xalq tərəfindən bu qədər sevilir. Habelə iddia edilir ki, onların şəxsən yox, serialdakı personajın vəkillərə fərqli münasibəti ola bilər. Bu da tam normal haldır.
Bildirirəm ki, bu yanaşma tam absurddur və reallığa nəinki yaxın, ondan “Andromeda” qalaktikasına olan 2.5 milyon işıq ili məsafə qədər uzaqdır.
Sadə xalqın dilindəki əsl reallığı görmək istəyən vicdanlı və sözübütöv adamlar müxtəlif saytlara, “Youtube”dakı çoxsaylı videolara, “story”lərə, sadə insanların yazdıqları statuslara, rəylərə baxaraq bunu asanlıqla müəyyən edə bilər.
Ancaq mən əminəm ki, sadə xalqın dilində “oğraş vəkil” ifadəsindən daha çox işlənən “oğraş müstəntiq”, “oğraş ittihamçı”, “oğraş yol polisi əməkdaşı”, “oğraş polis”, “oğraş hakim”, “oğraş prokuror” kimi ifadələri işlətməyə Baş Prokurorluğun dəstəyi ilə çəkilmiş filmdə nə ssenaristin, nə də rejissorun cəsarəti çatar. Demək ki, serialdakı “reallıqdan” və “pafossuzluqdan” ağız dolusu danışmaq əbəsdir.
Peşəsinin aşiqi, peşəsi və onun nüfuzu uğrunda can verməyə hazır olan Azərbaycan vəkili kimi deyil, sadə xalqın sadə bir nümayəndəsi kimi “Əqrəb mövsümü” serialının ikinci sezonuna kəskin şəkildə etirazımı bildirirəm.
Qoy, bu yazım burada dursun, peşə müstəqilliyimizin sərhədlərinin subliminal şəkildə təhdid olunduğunu “gələcək nəsil” vəkillər illər sonra bu statusumu yenidən oxuyanda daha yaxşı başa düşəcəklər və əminəm ki, mənə haqq verəcəklər”.(Yenisabah.az)
-
Rəsmi xronika13:44Prezidentdən hərbi xidmətə çağırışla bağlı sərəncam
-
Nida Xəbər 12:24Həkimlərin maaş artımı Mehriban Əliyevanın təşəbbüsüdür
-
Nida Xəbər 12:05TƏBİB rəhbəri: İlkin səhiyyə xidmətləri səhiyyə sisteminin əsasını təşkil edir
-
Sosial11:26Bu şəxslərin əməkhaqları artırılır - FOTO
-
Rəsmi xronika11:16İlham Əliyev Vyetnam Prezidenti To Lama təbrik məktubu göndərdi
-
Dünya11:08Medvedyevdən Almaniyaya açıq hədə: Berlindəki hədəflər də vurula bilər
-
MDB10:32Zelenski Rusiyaya cəhənnəm vəd etdi: Onların sayı o qədər çox olacaq ki...
-
MDB10:08Zelenski Avropa siyasətçilərinə niyə hücum edir? - Keçmiş sözçüsü AÇIQLADI







.jpg)






















.jpg)










