Magazin1
“Mən toxunulmazam, şəxsiyyətəm, geyimimə söz demək OLMAZ"
Müğənni Mətanət Əsədova efirlərin birində qonaq olarkən canlı yayıma zəng edən tamaşaçının onun geyimi ilə bağlı səsləndirdiyi fikirlərə sərt reaksiya verib.
Publika.az xəbər verir ki, sənətçi özünü "toxunulmaz" adlandıraraq tənqidlərə qarşı sərt mövqeyini ortaya qoyub.
Mətanət Əsədova bildirib ki, səhnə geyimləri ilə bağlı müəyyən hallarda ifaçıların həddi aşdığı görünə bilər, lakin bu, tamaşaçılara müğənnilərin şəxsi seçiminə müdaxilə etmək haqqı vermir:
"Bir az həddi aşmış səhnə geyimləri olur, bəli. Amma bir də var ki, müğənninin geyiminə tamaşaçı zəng edib fikir bildirir. Buna icazə vermirəm. Mənə söz demək olmaz, mən toxunulmazam. İlk olaraq özümə qiymət verirəm, sənət mənim üçün 100-cü dərəcədədir. Mən Mətanət Əsədovayam, mən şəxsiyyətəm. Mənə heç kimin söz deməyə ixtiyarı yoxdur. Qayda-qanun, hökumət var".
Müğənni bildirib ki, onun sözləri səhnəyə açıq-saçıq geyimlərlə çıxan ifaçılara ünvanlanmayıb:
"Dediklərim efirə lüt çıxanlara aid deyil. Onlar özləri bilər, yəqin evdə nəyisə qoyub çıxıblar. Bizim geyimlərə qarışmaq olmaz, səsimizə qulaq asın".
Sənətçinin açıqlamaları sosial şəbəkələrdə müzakirələrə səbəb olub.(Milli.Az)
-
Ekologiya13:50Günəşin son 10 ildə atdığı ən böyük "bomba" - Bu tarixdə Yerə çatacaq
-
Dünya13:08Orbitimizə yaxınlaşır - Kuba bir söz deyir, Tramp başqa söz
-
Region12:38Türk və erməni iş adamları bu şəhərdə görüşdülər - Böyük planlar qurular
-
MDB12:14Ramzan Kadırov ilk dəfə bu siyahıya daxil edilmədi - Çeçenistanda nə baş verir?
-
Enerji11:20Avropanın enerji təhlükəsizliyinin açar ölkəsi: Azərbaycan olmadan mümkün deyil
-
Rəsmi xronika10:23İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi
-
Sağlamlıq10:16İsti havada soyuq su içməyin, yoxsa... - Həkim xəbərdarlıq etdi
-
MDB09:26Tokayev-Putin görüşü - Tarix dəyişdi




















.jpg)


















