Magazin1
"Efirlərdə müğənnilərə geyim qadağası olacaq"
"Bəli, müğənnilərə efir qadağası var. Lakin bu qadağa siyahıda olan bütün müğənnilərə aid deyil. Hətta həmin siyahıya bəzi aparıcıların da əlavə olunduğu deyilir. Sadəcə onu deyə bilərəm ki, bu qadağaların millətimiz üçün çox xeyri olacaq. Xüsusən də böyüyən oğlan uşaqlarımızın gələcəyi və tərbiyəsi baxımından".
Publika.az xəbər verir ki, bu fikirləri meyxanaçı Aqşin Fateh səsləndirib.
O, iddia edib ki, televiziya məkanında yalnız iştirakçı siyahısı deyil, həm də geyim məsələsi ilə bağlı ciddi dəyişikliklər gözlənilir:
"Məlumata görə, efirlərə geyim senzurası da gəlir. Çünki bəzi kişi müğənnilər Azərbaycan kişisinə yaraşmayan, hətta qadın geyimini xatırladan tərzdə səhnəyə çıxırdı. Bəzi qadın müğənnilər isə demək olar ki, gecə geyimini xatırladan libaslarla efirdə görünürdü. Belə bir senzura tətbiq olunsa, açığı, çox sevinərəm".
Aqşin Fateh əlavə edib ki, hazırda ona qarşı hər hansı efir qadağası tətbiq edilməyib. Onun sözlərinə görə, artıq bir neçə televiziya proqramından dəvət alıb və Ramazan bayramından sonra yenidən efirə çıxmağı planlaşdırır:
"Şəxsən mənə efirlərdə heç bir qadağa yoxdur. Artıq bəzi verilişlərdən dəvət almışam. Ramazan bayramından sonra efirlərdə olacam". (Musavat.com)
-
Region21:00Ərdoğan zavoddakı partlayışın ağır nəticələrini açıqladı - 16 nəfər öldü
-
Dünya18:12Türkiyədə zavodda partlayış: 10 nəfər öldü - Yeniləndi
-
Nida Xəbər 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
-
Nida Xəbər 13:20Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
-
Rəsmi xronika11:24İlham Əliyev Kamboca Kralını təbrik etdi
-
Nida Xəbər 10:04Türkiyə XİN Azərbaycanı təbrik etdi








.jpg)

.jpg)



.jpg)









.jpg)










.jpg)


