Magazin1
Çox söz-söhbət oldu, ailəmizi dağıtmaq istədilər - Nurlan Əzizbəyli
Müğənni Nurlan Əzizbəyli şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlama verib.
Publika.az xəbər verir ki, sənətçi erkən yaşda ailə qurduğunu və bu qərarın ətrafı tərəfindən birmənalı qarşılanmadığını bildirib.
Onun sözlərinə görə, 24 yaşında evlilik qərarı verib:
"Valideynlərim və qohumlarım həyat yoldaşımı əvvəlcə qəbul etmirdi. Bəlkə də gənc yaşda belə ciddi addım atdığım üçün tərəddüdlər var idi. Hazırda oğlumun 21 yaşı var".
Əzizbəyli sənət adamlarının ailə həyatının daha həssas olduğunu da vurğulayıb: "Səhnədə olan insan özünə elə bir həyat yoldaşı seçməlidir ki, onun xarakterinə və sənətinin yaratdığı nüanslara dözə bilsin".
Sənətçi etiraf edib ki, ailəsini dağıtmaq istəyənlər də olub. Lakin onların bir-birinə olan sevgisi bütün çətinliklərə qalib gəlib:
"Çox söz-söhbət oldu, ailəmizi dağıtmaq istədilər, amma sevgimiz hər şeydən üstün gəldi. Zaman keçdikcə hamı qəbullandı. Nəyisə istəmişəmsə, mütləq nail olmuşam. Bir işin arxasınca getmişəmsə, sona qədər mübarizə aparmışam".
Müğənninin bu səmimi sözləri sosial şəbəkələrdə maraqla qarşılanıb və izləyicilər tərəfindən müzakirə olunub.(Milli.az)
-
Region21:00Ərdoğan zavoddakı partlayışın ağır nəticələrini açıqladı - 16 nəfər öldü
-
Dünya18:12Türkiyədə zavodda partlayış: 10 nəfər öldü - Yeniləndi
-
Nida Xəbər 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
-
Nida Xəbər 13:20Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
-
Rəsmi xronika11:24İlham Əliyev Kamboca Kralını təbrik etdi
-
Nida Xəbər 10:04Türkiyə XİN Azərbaycanı təbrik etdi








.jpg)

.jpg)



.jpg)









.jpg)










.jpg)


