Magazin1
Tahir İmanov jurnalistləri təhqir etdi - VİDEO
Azərbaycanın Əməkdar artisti, “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri Tahir İmanov jurnalistləri təhqir edib və öz aləmində media nümayəndələrinə aşağılacayı ayama qoşub.
Publika.az Yeni Sabah-a istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Aktyor vida və dəfn mərasimlərində çəkiliş aparan jurnalistləri “qəbjur” adlandırıb:
“Əgər yadınızdadırsa, Cabir dünyasını dəyişəndə mən bir çoxlarına müraciət etdim ki, hörmətli jurnalistələr, hər halda onlar özlərini belə adlandırır. Ona görə mən də belə dedim. Xahiş etdim ki, qəbri çəkməyin, qəbrin içinə girməyin. Amma görürəm ki, bu mövzu hələ də gündəmdədir, hələ də aktualdır. Bəzi jurnalistlər hələ də mənim xahişimi yerinə yetirmir. Qəbristanlıqda şəkil çəkən jurnalistlər. Biz onlara qısaca olaraq “qəbjur” deyək. Həmin o “qəbjur”lara yenə də müraciət edirəm ki, mənim ailəmin şəxsi həyatına daxil olmayın”.
T.İmanov jurnalistlərlə heç bir əlaqə qurmaq istəmədiklərini bildirib:
“Bütün saytlardan xahiş edirik ki, konsertlərlə, yeni layihələrlə bağlı bizə zəng vurmayın. Biz tərəfə baxmayın. Bizim xətrimizə elə dəymisiniz ki, sizinlə heç bir münasibət və əlaqə qurmaq istəmirik. Zəhmət olmasa, Allah rızası üçün bizdən heç nə yazmayın. Gedin öz qalmaqallı mövzularınızla məşğul olun. Bayağı musiqiçiləri, bayağı mahnıları, ay nə bilim o bundan boşandı, o bunla birləşdi, o filankəsin toyuna getmədi, bu filankəsin qardirobu, filankəsin maşını, filankəsin qızı kimi mövzularla davam edin. Ümumiyyətlə, sizinlə ünsiyyət qurmaq istəmirik. Bəzi istisna saytlar var. Bu haqda da özümüz sizlə danışacağıq”.
Qeyd edək ki, C.İmanov 2025-ci il sentyabrın 29-da 49 yaşında vəfat edib. Onun ölümünə ürəktutması səbəb olub.
-
Ekologiya10:36Qubaya güclü qar yağdı - VİDEO
-
İqtisadi gündəm10:12Şirin bazarın acı rəqabəti: Yerli xammal üstünlüyü var, amma...
-
MDB09:55Rusiya: Tokionun remilitarizasiyasına cavab tədbirləri görəcəyik!
-
ABŞ09:28İrana yeni hücum planlaşdırılır? - ABŞ rəsmiləri bir neçə saatlıq gizli görüş keçirdilər
-
ABŞ06:16ABŞ-da təyyarə qəzası: Məşhur israilli aktyor həlak oldu
-
İdman05:15Mbappe və Dembele arasında gərginlik iddiası: Cavabsız mesaj böhranı dərinləşdirib
-
Dünya04:30Şimali Kiprdə batan gəmi ilə bağlı yeni faktlar üzə çıxdı
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz



































.jpg)

