Magazin1
"Vüsalə Əlizadənin o fikri YANLIŞDIR"
Müğənni Afət Fərmanqızı aparıcı Vüsalə Əlizadənin efirdə səsləndirdiyi fikirlərə sərt münasibət bildirib.
Publika.az xəbər verir ki, Vüsalə Əlizadə gənc qızlara ailə qurarkən evi olmayan şəxslərlə evlənməməyi tövsiyə edib. Bu açıqlama isə cəmiyyətdə müzakirələrə səbəb olub.
Məsələyə münasibət bildirən Afət Fərmanqızı bu fikirlə razılaşmadığını deyib:
"Onun dediyi sözlər yanlışdır. Deyir ki, evi olmayan insanla ailə qurmayın. Tutaq ki, bir nəfər 800 manat maaş alır, evi yoxdur. Bu insan 25 yaşında evi necə alsın? 25-30 yaş evlilik yaşıdır, bəs nə etsinlər?"
İfaçı əlavə edib ki, maddi imkan hər şey demək deyil:
"Pulu, milyonu olan axmaq adama ərə getməkdənsə, qoy kasıb və mərd biri olsun. Əxlaqlı birinə ərə gedin. Avropada 10 min avro maaş alanlar var, hamısı kirayədə qalır. İmkanları olsa da almırlar, çünki öz həyatlarını keyf ilə yaşayırlar. Hər şey ev və maşınla bağlı deyil".
Müğənninin bu açıqlaması sosial şəbəkələrdə geniş rezonans doğurub. İzləyicilər iki fərqli mövqe ətrafında müzakirələr apararaq mövzuya müxtəlif yanaşmalar sərgiləyiblər.(Milli.az )
-
Dünya18:12Türkiyədə zavodda partlayış: 10 nəfər öldü - Yeniləndi
-
Nida Xəbər 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
-
Nida Xəbər 13:20Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
-
Rəsmi xronika11:24İlham Əliyev Kamboca Kralını təbrik etdi
-
Nida Xəbər 10:04Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Ekopublika.az08:49Bakıda torpaqların qiyməti kəskin dəyişdi - Səbəb açıqlandı








.jpg)

.jpg)





.jpg)





.jpg)












.jpg)


