Magazin1
"Qızlar, sosial şəbəkələrdə mesajlara cavab verməyin"
"Sevgidə qarşılıqlı qərarlar olmalıdır. Sözsüz ki, son qərarı mən deməliyəm. Təbii ki, bu zarafatdır. Ortaq məxrəcə gəlmək lazımdır. Fərqli düşüncələr olanda axırı dava, ayrılıq, aliment olur. Dözmək hissi olmamalıdır. Ona görə də zamanından əvvəl evlənmək, kimisə məcbur etmək olmaz. "Evlənən, ərə getmək yaşındır" deyirlər. Qızlar 25 yaşını keçəndə deyirlər ki, "evdə qaldın". Nə edək? 35 yaşım var, evdə qalmışam?".
Publika.az xəbər verir ki, bu sözləri "Avroviziya" təmsilçilərimizdən olan Samirə Əfəndi "Efirdən kənar" verilişində deyib. O, gəncləri ailə qurmağa hazır hiss etdikdən sonra bu addımı atmağı məsləhət görüb:
"Həm xanımlar, həm də bəylər özlərini anlayandan sonra həyat qurmalıdırlar. Gəzsinlər, yeyib-içsinlər, sonra qərar versinlər. Xanımlar üçün bu daha çətindir, amma onlar öz ayaqları üzərində durmalıdırlar. Bizdə xanımlara psixoloji təzyiq çox olur. Buna hazır olmaq lazımdır. Qonşu, ya da kimsə nə deyəcək deyə həyat qurmaq olmaz. Bizdə söz-söhbət də buna görə yaranır. Cavab verirəm ki, mən camaata görə yaşaya bilmərəm, qoy onlar mənə görə yaşasınlar".
Samirə xanımlara sosial şəbəkələrdə onlara yazan şəxslərə cavab verməmələrini söyləyib:
"Ağ atlı oğlan"a inanmaq olmaz. Realist biriyəm. İlon Mask istəsə, gəlib tapar, amma belə şeylərə inanmıram. Bütün xanımların ilk silahı təhsildir. Sosial şəbəkələrdə heç kimin mesajına cavab vermək lazım deyil. Bu bir tələdir. Sosial şəbəkələr yaradıcı insanlar üçün bir çıxış yoludur, amma adi insanlar üçün tələdir. Qızlar, belə şeylərə inanmayın. Ətrafımda bunu çox görürəm". (Axşam.az)
-
Dünya18:12Türkiyədə zavodda partlayış: 10 nəfər öldü - Yeniləndi
-
Nida Xəbər 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
-
Nida Xəbər 13:20Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
-
Rəsmi xronika11:24İlham Əliyev Kamboca Kralını təbrik etdi
-
Nida Xəbər 10:04Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Ekopublika.az08:49Bakıda torpaqların qiyməti kəskin dəyişdi - Səbəb açıqlandı







.jpg)

.jpg)





.jpg)







.jpg)












.jpg)


