Magazin1
Elnarə Abdullayeva polis bölməsindədir: Nə baş verir?
Əməkdar artist Elnarə Abdullayevanın efirdə səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb. O, qadınların sosial şəbəkələrin hekayə bölümündə öz fotolarını paylaşmasının doğru olmadığını deyib.
Sitat: “Bacım mənə bir şəkil göstərdi. Başıbağlı bir xanım statusunda fərqli şəkillərini paylaşmışdı. Tutaq ki, Gülnarə xanımın həyat yoldaşı sənin elə şəklini niyə görməlidir? Mən kişi olsaydım, bunu qəbul etməzdim. Sən xanımsan, TikTok-da nə işin var?”
Bu fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və E.Abdullayeva həm tənqid, həm də təhqir obyektinə çevrilib.
Publika.az xəbər verir ki, Globalinfo.az-a danışan əməkdar artist Elnarə Abdullayeva hazırda barəsində xoşagəlməz sözlər yazan qadınla bağlı 29-cu polis bölməsinə şikayət ərizəsi yazdığını bildirib:
“Orada deməmişəm ki, konkret heç kim şəkil paylaşmasın. Vasif Məhərrəmli ilə söhbət etmişik ki, indiki cavanlar tez ayrılır, mən də demişəm ki, ayrılma səbəbi daha çox sosial şəbəkələrdir. Çünki biri şəkil paylaşır, digəri isə bundan narazı olur. Söhbət ümumi tendensiyalardan gedir, konkret şəxsdən yox.
“Başqasının həyat yoldaşı sənin şəklini niyə görməlidir?” məsələsi isə tamamilə fərdi və ev içi mövzudur, heç kimə aidiyyəti yoxdur”.
E.Abdullayeva əlavə edib ki, onu təhqir edən şəxslə bağlı tədbir görüləcək:
“Dövlətimiz və qanunlarımız var! Mənim fərdi ixtiyarım çatırmı ki, başqasının şəklini, videosunu paylaşım və təhqir edim? Əlbəttə ki, yox. Məni tənqid hədəfinə gətirən qadını tanımıram. Deyir ki, Elnarə əxlaq maskası altında gizlənir. Gəl görək mənim əxlaq maskamı cıranda altından nə çıxır? Şərəfimə və ləyaqətimə dil uzadanlar cavab verəcək. Mən heç kimi təhqir etməmişəm, əksinə, təhqir edilən mən olmuşam”.
-
Dünya18:12Türkiyədə zavodda partlayış: 10 nəfər öldü - Yeniləndi
-
Nida Xəbər 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
-
Nida Xəbər 13:20Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
-
Rəsmi xronika11:24İlham Əliyev Kamboca Kralını təbrik etdi
-
Nida Xəbər 10:04Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Ekopublika.az08:49Bakıda torpaqların qiyməti kəskin dəyişdi - Səbəb açıqlandı







.jpg)

.jpg)





.jpg)







.jpg)












.jpg)


