Magazin1
"İranın neft və qaz nazirinin oğlunun xanımı idim"
Boşanmasına görə peşman olmadığını açıq şəkildə dilə gətirən müğənni Nura Suri diqqətçəkən açıqlamaları ilə gündəm olub.
Publika.az xəbər verir ki, sənətçi etiraf edib ki, keçmiş həyatında maddi rahatlığa həddindən artıq güvənməsi onun ən böyük səhvlərindən biri olub:
"Çox səhv etmişəm ki, əvvəllər ancaq brend geyimlər geyinirdim. Hər şey yoldaşımın qazancı idi, buna o qədər də fikir vermirdim. O vaxt düşünürdüm ki, xoşbəxtəm - həyat yoldaşım qazanır, istədiyimi alır".
Nura Suri bildirib ki, əsl xoşbəxtlik insanın öz ayaqları üzərində dayanmasından keçir:
"Əsl xoşbəxtlik odur ki, insan özü-özünün ağası olur. Hər şeyi öz qərarınla verirsən - nə alacaqsan, nə almayacaqsan. Hər şey hazır olanda xoşbəxt görünə bilərsən, amma Allah uzaq etsin, həyat yoldaşın çətin vəziyyətə düşsə, "bankrot" olsa və həbs olunsa, sən heç vaxt işləməmisənsə, heç nə bacarmırsansa, bir neçə uşaqla kimdən asılı qalacaqsan?".
Müğənni qadınların müstəqil olmasının vacibliyini xüsusi vurğulayıb:
"Qadın ailə qursa da, qurmasa da, öz ayaqları üzərində dayanmağı bacarmalıdır. Bacarıqları olmalıdır - tort bişirmək, dərzilik etmək və ya başqa işlər. Saç rəngi, geyim seçimi kimi məsələlərdə belə qərarı özü verməlidir. Bahalı və ya ucuz - bunlara qadın özü qərar verməyi uşaqlıqdan öyrənməlidir, ərdən-qardaşdan soruşmaqla yox".
Nura Suri həmçinin keçmiş həyatının dəbdəbəli və nüfuzlu olduğunu da gizlətməyib:
"Çox nüfuzlu ailənin gəlini olmuşam. İranın neft və qaz nazirinin oğlunun həyat yoldaşı idim. Qayınatamın, yoldaşımın adı Forbes jurnalında yer alırdı".
Sənətçi bildirib ki, ayrılıqdan sonra əsas məsələ övladlarının həyat səviyyəsini qoruyub saxlamaqdır:
"Ayrılandan sonra övladlarını əvvəlki kimi yaşada bilmək öhdəliyin olur. Mən buna çalışmışam və ayrıldığıma görə peşman deyiləm. Sadəcə bəzən düşünürəm ki, evlilikdə bəzi sözləri deməyə bilərdim.”
Sonda isə münasibətlərdə əsas amilin qarşılıqlı anlayış olduğunu vurğulayıb:
"İki insan bir-birinə hüzur verirsə, anlayış varsa, sevgi olmasa belə birlikdə yaşamaq mümkündür. Amma sevgi olub anlayış yoxdursa, dünya dağılsa belə, o ailəni davam etdirmək mümkün deyil". (Milli.az)
-
İdman19:00"Qarabağ" "Tvente"ni keçsə, oyunçular bu qədər mükafat alacaq
-
Hadisə18:20"Qızıl Qaya" kafesi yanıb kül oldu
-
Dünya16:34ABŞ Rusiyaya qarşı Yaponiyaya dəstək verdi: Kuril adaları sizindir!
-
Rəsmi xronika13:52İlham Əliyev fərman imzaladı
-
Region13:31Ərdoğandan hökumətdə böyük dəyişiklik: Bu 4 naziri yola salır
-
Rəsmi xronika13:00Prezident toxumçuluqla bağlı fərman imzaladı
-
Hadisə10:20Kəlbəcərdə mina partlayışında xəsarət alan şəxsin ayağı amputasiya olundu - YENİLƏNDİ
-
Dünya10:15Kiyev Vaşinqtona yeni səfir tapa bilmir - Zelenskinin namizədləri niyə geri çəkilir?






.jpg)


















.jpg)


.jpg)










